Tarix:18/07/17
“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, şirkət analitiklərinin qənaətinə görə, rəqəmli dünya biznesi müasir biznesin inkişafına böyük təsir göstərir. Proqram təminatı, xidmətlər və intellektual mülkiyyətin birləşdiyi çoxlu yeni məhsul kateqoriyaları yaranır. Onlar “Əşyalar interneti, “Blocchain”, intellektual kompüterlər kimi yeni texnoloji platformalara əsaslanır və bu platformalar bazarda artım amilinə çevrilir.
Proqnozlara görə, cari ildə korporativ proqram təminatının satışı 7,6 faiz artaraq 351 milyard dollara çatacaq. Məhz proqramlar rəqəmli biznesdən qazanc götürməyə imkan verir və yeni funksiyalarla təchiz edilən kompüter və yeni proqramlara tələbatı artır. Analitiklər qeyd edir ki, təkcə “SaaS” əlavələrindən deyil, “bulud” İT idarəetmə vasitələrindən (ITOM) istifadə genişlənir.
Həmçinin, bu il qurğuların (masaüstü və mobil fərdi kompüterlər, klaviaturalı planşetlər, telefonlar) satış həcmi 3,8 faiz artaraq 654 milyard dollar təşkil edəcək. Bundan əlavə, İT xidmətlərinin satışının 3,1 faiz yüksələrək 922 milyard dollara, rabitə xidmətlərinin 0,3 faiz artaraq 1,378 trilyon dollara çatacağı gözlənilir.
Nizam Nuriyev
“Gartner”: “Bu il dünya İKT bazarının həcmi 2,4 faiz artacaq”
“Gartner” analitik şirkəti 2017-ci ildə dünya informasiya-kommunikasiya texnologiyaları (İKT) məhsul və xidmətlərinin satış həcminin 3,5 trilyon dollar təşkil edəcəyini proqnozlaşdırır. Bu, 2016-cı ildə qeydə alınan göstəricidən 2,4 faiz çoxdur.“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, şirkət analitiklərinin qənaətinə görə, rəqəmli dünya biznesi müasir biznesin inkişafına böyük təsir göstərir. Proqram təminatı, xidmətlər və intellektual mülkiyyətin birləşdiyi çoxlu yeni məhsul kateqoriyaları yaranır. Onlar “Əşyalar interneti, “Blocchain”, intellektual kompüterlər kimi yeni texnoloji platformalara əsaslanır və bu platformalar bazarda artım amilinə çevrilir.
Proqnozlara görə, cari ildə korporativ proqram təminatının satışı 7,6 faiz artaraq 351 milyard dollara çatacaq. Məhz proqramlar rəqəmli biznesdən qazanc götürməyə imkan verir və yeni funksiyalarla təchiz edilən kompüter və yeni proqramlara tələbatı artır. Analitiklər qeyd edir ki, təkcə “SaaS” əlavələrindən deyil, “bulud” İT idarəetmə vasitələrindən (ITOM) istifadə genişlənir.
Həmçinin, bu il qurğuların (masaüstü və mobil fərdi kompüterlər, klaviaturalı planşetlər, telefonlar) satış həcmi 3,8 faiz artaraq 654 milyard dollar təşkil edəcək. Bundan əlavə, İT xidmətlərinin satışının 3,1 faiz yüksələrək 922 milyard dollara, rabitə xidmətlərinin 0,3 faiz artaraq 1,378 trilyon dollara çatacağı gözlənilir.
Nizam Nuriyev
Baxış sayı: 456
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır