Tarix:21/07/17
Tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıdaraq rahat və bütün lazımi infrastrukturla təmin olunmuş şəkildə yaşamaları üçün əsaslı işlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" Sərəncamına uyğun olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən kəndin telekommunikasiya infrastrukturu yenidən qurulub.
Belə ki, "Aztelekom" MMC tərəfindən Cocuq Mərcanlı kəndinə 10 km məsafədən optik kabelin çəkilməsi üçün qazıntı işləri aparılıb, 64 nömrə tutumlu EATS-in tikinti-quraşdırılma işləri yekunlaşıb. İlk dəfə olaraq kənd daxilində telefon kabellərinin yeraltı çəkilməsi üçün kabel-kanalizasiya qurğuları quraşdırılıb. 1200 metrədək məsafədə daxili şəbəkənin qurulması işləri həyata keçirilib.
İlkin mərhələdə kənddə yeni tikilən 50 evin hamısı, həmçinin məktəb və dövlət əhəmiyyətli obyektlər telefonlaşdırılıb, internetlə təmin olunub.
Gələcəkdə yeni tikiləcək bütün evlər və digər obyektlər də müvafiq infrastrukturla – rabitə və telekommunikasiya ilə təmin ediləcək.
"Aztelekom" MMC-nin rəhbərliyinin Cocuq Mərcanlıya bugünkü səfəri çərçivəsində sakinlərdən Hüseynovlar ailəsinin səhhətində olan problemlərə görə məktəbə gedə bilməyən qızına bilik və bacarıqlarını artırmaq üçün bir ədəd noutbuk, telefon və internətə girişi təmin etmək üçün modem hədiyyə olunub. Ailənin məskunlaşdığı evə telefon və internet çəkilişi də ödənişsiz həyata keçirilib.
"Aztelekom" MMC-nin baş direktoru Suat Paşayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına müvafiq olaraq, hazırda Cocuq Mərcanlıda yaşayacaq əhalinin dayanıqlı və fasiləsiz rabitə xidməti ilə təmin olunması üçün görülən işlər yekunlaşıb.
"Burada ən son texnologiyalar tətbiq olunmuş avadanlıqlardan istifadə olunub. Hələlik 50 ailə üçün nəzərdə tutulan elektron ATS-in tutumu gələcəkdə tikiləcək evlərin sayına uyğun olaraq artırılacaq. Gələcəkdə azad olunacaq digər torpaqlarımızda da, böyük məmnuniyyətlə, müasir rabitə və telekommunikasiya şəbəkəsini qısa zaman ərzində keyfiyyətlə qurmağa hazırıq"- deyə baş direktor qeyd edib.
Cocuq Mərcanlı telekommunikasiya xidmətləri ilə tam təmin olunub
Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatları nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində məhv edilmiş bütün infrastrukturun yenidən qurulmasına başlanılıb.Tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıdaraq rahat və bütün lazımi infrastrukturla təmin olunmuş şəkildə yaşamaları üçün əsaslı işlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" Sərəncamına uyğun olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən kəndin telekommunikasiya infrastrukturu yenidən qurulub.
Belə ki, "Aztelekom" MMC tərəfindən Cocuq Mərcanlı kəndinə 10 km məsafədən optik kabelin çəkilməsi üçün qazıntı işləri aparılıb, 64 nömrə tutumlu EATS-in tikinti-quraşdırılma işləri yekunlaşıb. İlk dəfə olaraq kənd daxilində telefon kabellərinin yeraltı çəkilməsi üçün kabel-kanalizasiya qurğuları quraşdırılıb. 1200 metrədək məsafədə daxili şəbəkənin qurulması işləri həyata keçirilib.
İlkin mərhələdə kənddə yeni tikilən 50 evin hamısı, həmçinin məktəb və dövlət əhəmiyyətli obyektlər telefonlaşdırılıb, internetlə təmin olunub.
Gələcəkdə yeni tikiləcək bütün evlər və digər obyektlər də müvafiq infrastrukturla – rabitə və telekommunikasiya ilə təmin ediləcək.
"Aztelekom" MMC-nin rəhbərliyinin Cocuq Mərcanlıya bugünkü səfəri çərçivəsində sakinlərdən Hüseynovlar ailəsinin səhhətində olan problemlərə görə məktəbə gedə bilməyən qızına bilik və bacarıqlarını artırmaq üçün bir ədəd noutbuk, telefon və internətə girişi təmin etmək üçün modem hədiyyə olunub. Ailənin məskunlaşdığı evə telefon və internet çəkilişi də ödənişsiz həyata keçirilib.
"Aztelekom" MMC-nin baş direktoru Suat Paşayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına müvafiq olaraq, hazırda Cocuq Mərcanlıda yaşayacaq əhalinin dayanıqlı və fasiləsiz rabitə xidməti ilə təmin olunması üçün görülən işlər yekunlaşıb.
"Burada ən son texnologiyalar tətbiq olunmuş avadanlıqlardan istifadə olunub. Hələlik 50 ailə üçün nəzərdə tutulan elektron ATS-in tutumu gələcəkdə tikiləcək evlərin sayına uyğun olaraq artırılacaq. Gələcəkdə azad olunacaq digər torpaqlarımızda da, böyük məmnuniyyətlə, müasir rabitə və telekommunikasiya şəbəkəsini qısa zaman ərzində keyfiyyətlə qurmağa hazırıq"- deyə baş direktor qeyd edib.
Baxış sayı: 626
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı