Tarix:14/06/11
İclasda qarşıdakı illər ərzində bu sahədə maraqlı yeniliklərin gözlənildiyi bildirilib. Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) tətbiqi nəticəsində Azərbaycanın Vergilər Nazirliyi Şərqi Avropada ən müasir informasiya texnologiyalarına malik vergi xidmətlərindən birinə çevrilib.
AVİS vergi inzibatçılığının bütün sahələrinin avtomatlaşdırılmasına, elektron sənəd dövriyyəsinin və operativ informasiya mübadiləsinin inkişafına nəzarət mexanizmlərinin səmərəliliyinin artırılmasına, vətəndaş müraciətlərinə baxılması işinin təkmilləşdirilməsinə təkan verib. Elektron bəyannamə sisteminin, elektron vergi hesab-fakturalarınin, e-auditin tətbiqi də aparılan vacib islahatlardandır.
Təsdiq edilmiş tədbirlər planına əsasən, 2011-2012-ci illər ərzində elektron xidmətlərin göstərilməsi üçün rəsmi internet səhifəsində xüsusi elektron xidmət bölməsinin yaradılması nəzərdə tutulub. Bu bölməyə müraciət edən şəxslər tərəfindən doldurulmuş ərizə və digər sənədlərin surətlərinin elektron formada qəbulu, bununla bağlı təsdiqetmə bildirişinin göndərilməsinin təmin olunması da planlaşdırılır.
Göstərilən xidmətlərə görə rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada aparılması və elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyinin təmin olunması məqsədi ilə zəruri texniki təhlükəsizlik tədbirlərinin cari ilin sonunadək görülməsi də planlaşdırılır. Kollegiyanın qərarı ilə fiziki şəxslərin vergi orqanlarında uçotun elektron formada həyata keçirilməsi sahəsində təkliflərin hazırlanması və vergilər nazirinə təqdim olunması tapşırılıb.
Vergi üzrə xüsusi elektron xidmət bölməsi yaradılacaq
Vergilər Nazirliyində Azərbaycan Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının icrası ilə bağlı kollegiya iclası keçirilib.İclasda qarşıdakı illər ərzində bu sahədə maraqlı yeniliklərin gözlənildiyi bildirilib. Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) tətbiqi nəticəsində Azərbaycanın Vergilər Nazirliyi Şərqi Avropada ən müasir informasiya texnologiyalarına malik vergi xidmətlərindən birinə çevrilib.
AVİS vergi inzibatçılığının bütün sahələrinin avtomatlaşdırılmasına, elektron sənəd dövriyyəsinin və operativ informasiya mübadiləsinin inkişafına nəzarət mexanizmlərinin səmərəliliyinin artırılmasına, vətəndaş müraciətlərinə baxılması işinin təkmilləşdirilməsinə təkan verib. Elektron bəyannamə sisteminin, elektron vergi hesab-fakturalarınin, e-auditin tətbiqi də aparılan vacib islahatlardandır.
Təsdiq edilmiş tədbirlər planına əsasən, 2011-2012-ci illər ərzində elektron xidmətlərin göstərilməsi üçün rəsmi internet səhifəsində xüsusi elektron xidmət bölməsinin yaradılması nəzərdə tutulub. Bu bölməyə müraciət edən şəxslər tərəfindən doldurulmuş ərizə və digər sənədlərin surətlərinin elektron formada qəbulu, bununla bağlı təsdiqetmə bildirişinin göndərilməsinin təmin olunması da planlaşdırılır.
Göstərilən xidmətlərə görə rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada aparılması və elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyinin təmin olunması məqsədi ilə zəruri texniki təhlükəsizlik tədbirlərinin cari ilin sonunadək görülməsi də planlaşdırılır. Kollegiyanın qərarı ilə fiziki şəxslərin vergi orqanlarında uçotun elektron formada həyata keçirilməsi sahəsində təkliflərin hazırlanması və vergilər nazirinə təqdim olunması tapşırılıb.
Baxış sayı: 2347
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib