12px13px15px17px
Tarix:01/08/17

Mobil genişzolaqlı internet abunəçilərinin ümumi sayı 4,3 milyarda çatıb

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) son hesabatına əsasən, internet istifadəçilərinin 25%-i 15-24 yaşlı insanlardan ibarətdir. Həm də əksər ölkələrdə ümumdünya hörümçək torundan istifadə edən kişilərin sayı qadınlardan çoxdur. Çin isə mobil rabitənin yayılma sürətinə görə liderdir.
 
"ICTnews" Elektron Xəbər Xidməti www.un.org saytına istinadən yazır ki, dünyada gənclərin 70%-i ümumdünya hörümçək torundan istifadə edir. Onların təqribən 50%-i Hindistan və Çində yaşayır. Az inkişaf etmiş ölkələrdə gənclər internet istifadəçilərinin 33%-ni təşkil edir.
 
Əksər ölkələrdə kişilər internetdən daha çox istifadə edirlər. Bu, birbaşa gender bərabərsizliyi ilə bağlıdır. Gender bərabərsizliyi göstəriciləri kifayət qədər aşağı olan Şimali və Cənubi Amerika ölkələrində isə qadınlar internetdən daha çox istifadə edirlər.
 
Hesabata əsasən, 2017-ci ildə mobil genişzolaqlı internet abunəçilərinin ümumi sayı xeyli yüksələrək 4,3 milyarda çatıb. Əsas artım Çində qeydə alınıb.
 
Emil Hüseynov
 




Baxış sayı: 534

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024