12px13px15px17px
Tarix:02/08/17

“Google Chrome” brauzeri bezdirici reklamı bloklamağı öyrənib

“Google Chrome” brauzerinin mobil versiyasında daxili reklam bloklama funksiyası istifadəyə verilib. Funksiyanın təsvirinə görə, o, internetdə bütün reklamı deyil, yalnız şirkət tərəfindən "bezdirici" hesab edilən reklamı bloklayır. Funksiya brauzerin “Chrome Canary” və “Chrome Dev” adlı sınaq versiyalarının sonuncu yeniləməsində tətbiq edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti nplus1.ru saytına istinadən yazır ki, “PageFair” şirkətinin 2016-cı il üzrə araşdırmasına əsasən, dünyada 10%-dən çox istifadəçi reklam bloklayan proqram təminatından istifadə edir. Son ildə bu göstərici daha 30% yüksəlib. Bu halda mobil qurğularda bloklama funksiyasından istifadə sürətlə artaraq masaüstü kompüter və noutbuklar üçün müvafiq göstəricini xeyli geridə qoyub. Ehtimal ki, bu onunla bağlıdır ki, reklam bannerləri və çarxlar daha böyük hesablama gücü sərf edir, həmçinin internet trafikini və akkumulyatorun şarjını işlədir.
 
İndi brauzerlər üçün bütün reklamı bloklayan proqramlar və plaqinlər mövcuddur.
 
Məlum olduğu kimi, “Google” şirkəti dünyada ən populyar reklam şəbəkələrindən birinə - “AdSense” malikdir. Reklam internet nəhənginin gəlirinin əsas mənbələrindən biridir. “The Wall Street Journal” nəşrinin məlumatlarına əsasən, şirkət bu qazancdan imtina etməyə hazırlaşmır: öz müştərilərinə reklamı standartlara uyğunlaşdırmağa və bloklamanın qarşısını almağa kömək edəcək.
 
Emil Hüseynov




Baxış sayı: 560

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024