Tarix:04/08/17
“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, kompüter təlimi sayəsində ötən ay servisdən silinən ekstremist məzmunlu videonun 75 faizi istifadəçilər tərəfindən məlumat verilməmişdən əvvəl ləğv edilib.
Bildirilir ki, kompüter təlimi texnologiyasının tətbiqi, həmçinin “YouTube” sistemlərinin fəaliyyətinin dəqiqliyini artırmağa imkan verib. Hazırda bu alətlərin mükəmməl və bütün vəziyyətlər üçün əlverişli olmamasına baxmayaraq, əksər hallarda “YouTube” ləğv ediləcək videoları insanlardan daha dəqiq müəyyənləşdirir.
Məlumata görə, servisə dəqiqədə 400 saatdan çox video yüklənir. Bu səbəbdən ekstremist xarakterli kontentin aşkarlanması və silinməsi kifayət qədər mürəkkəb işdir. Lakin kompüter təliminin tətbiqi həm ləğv edilən videoların sayını, həm də onların silinmə sürətini iki dəfə artırmağa imkan verib.
Bundan əlavə, “YouTube” terrora aid məzmunu izləyəcək ekspertlərin sayının artırılması üzərində çalışır. Həmçinin servisin qaydalarını pozmayan, lakin mübahisəli olan videolar üçün daha sərt standartların tətbiqi planlaşdırılır.
Nizam Nuriyev
“Youtube” terrorizmlə mübarizə üçün kompüter təlimindən istifadəyə başlayıb
“YouTube” servisi terror xarakterli kontentin aşkarlanması və ləğvi üçün kompüter təlimindən istifadəyə başlayıb. Bu barədə servisin rəsmi bloqunda deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, kompüter təlimi sayəsində ötən ay servisdən silinən ekstremist məzmunlu videonun 75 faizi istifadəçilər tərəfindən məlumat verilməmişdən əvvəl ləğv edilib.
Bildirilir ki, kompüter təlimi texnologiyasının tətbiqi, həmçinin “YouTube” sistemlərinin fəaliyyətinin dəqiqliyini artırmağa imkan verib. Hazırda bu alətlərin mükəmməl və bütün vəziyyətlər üçün əlverişli olmamasına baxmayaraq, əksər hallarda “YouTube” ləğv ediləcək videoları insanlardan daha dəqiq müəyyənləşdirir.
Məlumata görə, servisə dəqiqədə 400 saatdan çox video yüklənir. Bu səbəbdən ekstremist xarakterli kontentin aşkarlanması və silinməsi kifayət qədər mürəkkəb işdir. Lakin kompüter təliminin tətbiqi həm ləğv edilən videoların sayını, həm də onların silinmə sürətini iki dəfə artırmağa imkan verib.
Bundan əlavə, “YouTube” terrora aid məzmunu izləyəcək ekspertlərin sayının artırılması üzərində çalışır. Həmçinin servisin qaydalarını pozmayan, lakin mübahisəli olan videolar üçün daha sərt standartların tətbiqi planlaşdırılır.
Nizam Nuriyev
Baxış sayı: 516
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib