12px13px15px17px
Tarix:17/08/17

2025-ci ilə dünyada 5G şəbəkələrinə qoşulmaların sayı 1,4 milyarda bərabər olacaq

“Juniper Research” analitik şirkətinin proqnozuna görə, 2025-ci ilə dünyada 5G şəbəkələrinə qoşulmaların sayı 1,4 milyarda bərabər olacaq. Lakin qeyd edilir ki, 2019-cu ildə yeni mobil texnologiyanın kommersiya istifadəsi üzrə birinci ildə 5G şəbəkələrinə qoşulmaların sayı təxminən 1 milyon təşkil edəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti dailycomm.ru saytına istinadən yazır ki, proqnoza görə, Çin, ABŞ və Yaponiya 5G şəbəkələrinə qoşulmaların sayı üzrə lider dövlətlər olacaqlar. 2025-ci ilə 5G şəbəkələrinə qoşulmaların ümumi sayının 55%-i bu üç ölkənin payına düşəcək.
 
Analitiklər yeni simsiz texnologiyanın rabitənin keyfiyyətinə görə fiber optik xətlə rəqabət aparması üçün mobil operatorlara real iş şəraitində 5G şəbəkələrini genişmiqyaslı sınaqdan keçirməyi məsləhət görürlər.
 
"Maksimum sürəti və qoşulmanın etibarlılığını təmin edəcək şirkətlərin şəbəkələri “ARPC” (bir qoşulmadan götürülən orta gəlir) üzrə ən yüksək göstəricilərə nail ola biləcək ki, bu da operatorlara “5G” texnologiyasına yatırılmış investisiyalarını geri qaytarmağa imkan verəcək" – hesabatın müəllifi Sem Beyker deyib.
 
Emil Hüseynov




Baxış sayı: 531

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024