12px13px15px17px
Tarix:11/10/11

“Twitter” şəbəkəsi "tweet" ticarət nişanını əldə edəcək

“Twitter” şəbəkəsi “Twittad” şirkətinə aid olan "tweet" ticarət nişanına hüquq əldə edəcək. Bu barədə “The Wall Street Journal” bildirib.

“Twittad” şirkəti “Twitter” şəbəkəsində reklamla məşğul olur. Şirkət öz reklam şüarında - "Let Your Ad Meet Tweets" "tweet" sözündən istifadə edirdi. “Tweet” mikrobloqda mesajı ifadə edir. Sonralar şirkət sözü ticarət nişanı kimi qeydiyyatdan keçirib.

"Tweet" sözünə hüquqları əldə etmək üçün “Twitter” şirkəti sentyabr ayında “Twittad”ı məhkəməyə verib. Lakin oktyabr ayının 10-da “Twittad”ın rəhbəri “The Wall Street Journal”a bildirib ki, tərəflər razılaşmaya gəlməyi bacarıblar: Razılaşmaya əsasən, “Twitter” partnyorlarına, həmçinin “Twittad”ın özünə "tweet" sözündən istifadə etməyə icazə verir.

“Twitter” 2006-cı ildə yaradılıb və 5 il ərzində onun auditoriyası 200 milyon istifadəçiyə qədər artıb. Xidmətdə gün ərzində təxminən 230 milyon tvit yazılır.



Baxış sayı: 1608

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024