12px13px15px17px
Tarix:12/10/11

Bakcell-lə pulsuz gecə zəngləri davam edir

Azərbaycanın mobil operatoru Bakcell şirkəti abunəçilərinə unikal xidmətlər təklif edir. Bakcell-in "Yatma Danış" kampaniyasının azarkeşləri bu xəbərə hamıdan çox sevinəcəklər. "Yatma Danış" kampaniyası milyonlarla insana bütün gecə pulsuz danışmaq imkanını qaytarır.

"Yay Gecələri" kampaniyasına olan böyük tələbatı və abunəçi sayını nəzərə alaraq, Bakcell yenidən CİN abunəçilərinə gecə saatlarında tamamilə pulsuz danışmaq imkanı yaradan "Yatma Danış" kampaniyasını təqdim edir.

"Yay Gecələri" Bakcell CİN abunəçiləri üçün əsl yay hədiyyəsi idi. Bu kampaniya sayəsində abunəçilər uzun və maraqlı yay gecələrindən həzz aldı və onlar üçün əziz olan insanlarla yay təəssüratlarını bölüşdü.

İndi yenidən bütün gecəni PULSUZ danışmaq mümkündür! Kampaniyaya qoşulmaq üçün sadəcə *550#1#YES yığıb, saat 00:00-dan səhər saat 08:00-a qədər pulsuz şəbəkədaxili zənglərdən faydalanmaq olar. Xidmətə qoşulma haqqı cəmi 0.99 AZN-dir.

Qoşulmadan sonra hər abunəçi 30 gün etibarlılıq müddəti olan 2500 pulsuz danışıq dəqiqəsi əldə edəcək. Bir sözlə, pulsuz danışıq vaxtı o qədər çoxdur ki, danışmaqla qurtarmaq olmur.

Gecə uzunu danışmaq istəyirsinizsə, bu şansı əldən qaçırmayın: Bakcell-in "Yatma Danış" kampaniyasına qoşulun və istədiyiniz qədər danışın. "Yatma Danış" kampaniyası vasitəsilə Sizə yaxın olan insanlarla ünsiyyətdən zövq alın.



Baxış sayı: 4493

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024