12px13px15px17px
Tarix:08/09/17

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Tovuzda vətəndaşlarla görüşüb

Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Tovuz şəhərində vətəndaşlarla görüşüb.
 
Tovuz şəhərində Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax sakinlərini qəbul edən nazir vətəndaşların telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələlərlə bağlı müraciətlərinə baxıb, təkliflərini dinləyib.
 
Hər bir sakinin probleminə diqqətlə yanaşan nazir Ramin Quluzadə vətəndaşların müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin həlli barədə nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşların müxtəlif təklifləri qeydə alınıb, şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
 
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.
 
Görüşdə nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
 
Regional səfər çərçivəsində nazir Ramin Quluzadə aidiyyəti rayonların Telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə  müşavirə keçirib.
 
Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

Toplantıda nazir Ramin Quluzadə müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinə  fərdi və həssaslıqla yanaşılması barədə tapşırıqlar verib.










Baxış sayı: 2

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 May 2018

23 05 2018

23/05/18
“RED” smartfonu videonu “8К” formatında çəkəcək

“RED” şirkətinin yayın sonunadək satışa çıxarılacaq “Hydrogen One” smartfonu “8K” formatlı 

23/05/18
“HTC U12+” adlı qabaqcıl smartfon rəsmən təqdim edilib

“HTC” şirkəti tərəfindən təqdim edilmiş yeni “HTC U12+” smartfonu əvvəlki “HTC U11+” modelinin 

23/05/18
Növbəti nəsil “iPhone” smartfonları üçün prosessorların istehsalına başlanılıb

Tayvanın “TSMC” şirkəti “Apple” istehsalçısının payızda təqdim edəcəyi növbəti nəsil “iPhone” 

23/05/18
“Instagram”da paylaşımları lentdən gizlətməyə imkan verən düymə əlçatan olub

“Instagram” sosial şəbəkəsində paylaşımları lentdən gizlətməyə imkan verən düymə təqdim edilib. Bu halda 

23/05/18
Kriptovalyutalar sahəsindəki rezidentlərə güzəştlər ediləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar Parkında “Blockchain” 

23/05/18
“Facebook”da fərdi məlumatlara nəzarət üçün yeni funksiyalar istifadəyə veriləcək

“Facebook” sosial şəbəkəsi istifadəçinin internetdə fərdi məlumatlara nəzarət üçün bir sıra yeni alətlər

23/05/18
Özü bərpa olunan material yaradılıb

Karneqi-Mellon Universitetinin mütəxəssisləri tərəfindən yaradılmış material aldığı zədələrə baxmayaraq 

23/05/18
“Microsoft” süni intellekt sahəsində Çinlə əməkdaşlığı genişləndirir

ABŞ-ın ən böyük texnologiya şirkətlərindən biri olan “Microsoft Corp” süni intellekt sahəsində Çinin