12px13px15px17px
Tarix:08/09/17

Qırğızıstanın altı televiziya və radio kanalı “Azerspace-1” peyki üzərindən yayıma başladı

Qırğızıstanın altı televiziya – "Asia TV", "Osh Pirim TV", "Kyrgyzstan TV", "Sentyabr TV", "Ekho Manas TV" və "Next" FM radio kanalları "Azerspace-1" peyki üzərindən yayıma başlayıb. "Azərkosmos" ASC ilə imzalanan müqaviləyə əsasən, sentyabr ayından etibarən televiziya kanalları 11015/H/13000 və radio kanalı 11095/V/30000 tezliyi ilə yayımlanır.

Adıçəkilən kanallar vasitəsilə qırğız və rus dillərində ictimai, siyasi, iqtisadi, idman, musiqi, əyləncə və mədəniyyət verilişləri nümayiş edilir.

"Azərkosmos" ASC haqqında

Cənubi Qafqazda ilk peyk operatoru olan "Azərkosmos" ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və "Azərkosmos" tərəfindən idarə edilən "Azerspace-1" peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən "Azərkosmos" sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky"-ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, "Azərkosmos" 2018-ci ildə ikinci telekommunikasiya peyki "Azerspace-2"-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı planlaşdırır. Daha ətraflı məlumatı www.azercosmos.com  internet səhifəsindən ala bilərsiniz.    




Baxış sayı: 5

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 May 2018

22 05 2018

22/05/18
“Hökumət buludu”nun yaradılması istiqamətində Belarus təcrübəsi öyrənilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom

22/05/18
“Microsoft” süni intellekt sahəsində həllərlə məşğul olan şirkət satın alıb

“Microsoft” korporasiyası süni intellekt sahəsində həllərlə məşğul olan “Semantic Machines” şirkətini satın alıb.

22/05/18
Psixi xəstə uşaqlara kömək edəcək oyun platforması yaradılıb

Yeni “Mightier” oyun platforması oyunların uşaqların psixikasına təsir göstərməsi faktını sübut edir.

22/05/18
Dronlar suda batanları xilas edəcək

Almaniyanın Baltik dənizi sahilində çimərlik mövsümü ilə əlaqədar suda batan insanların xilası 

22/05/18
“Facebook” səsli paylaşım funksiyasını istifadəyə verməyə hazırlaşır

“Facebook” sosial şəbəkəsi səsli paylaşım funksiyasını istifadəyə verib: indi istifadəçilər tərəfindən yazılacaq 

22/05/18
Robotlar dünyanın ən kiçik evini tikiblər

Fransa alimləri 300 х 300 mikrometr ölçüsündə miniatür ev modeli yaradıblar.

22/05/18
Süni dəri yaradılıb

Privoljsk Tədqiqat Tibb Universitetinin həkimləri insanın dərisinin analoqunu hazırlayıblar. Süni dəri qan 

22/05/18
Eşitmə qüsurlu insanlar üçün sosial şəbəkələrdə ünsiyyət vasitəsi kəşf edilib

ABŞ-ın Corciya Dövlət Universitetinin mühəndisləri internetdə jestlərlə ünsiyyətə imkan verə