12px13px15px17px
Tarix:14/06/11

Yeni taksilər internetlə təchiz ediləcək

London taksilərinin aparıcı istehsalçısı olan “Manganese Bronze Holdings PLC” şirkəti ilə müqavilə çərçivəsində Bakıya gətirilən “London Taxi TX4” avtomobillərinin bir hissəsi sərnişinlərə xidmət göstərməyə başlayıb. Artıq taksinin komfortlu xidməti sərnişinlərin marağına səbəb olub. Bu barədə bizə məlumat verən Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov bildirib ki, taksilər yeni olduğu üçün hələ müştərilər azdır. Bir müddət sonra bu taksilər internetlə də təchiz ediləcək. Müştərilər istəsə, internetdən rahat istifadə edəcək.
Yeni taksilərdə bir müddət əvvəl Azərbaycan Nəqliyyat Nazirliyinin elan etdiyi “Bakıda taksi parkının “London Taxi TX4” markalı avtomaşınlara dəyişdirilməsi” proqramı çərçivəsində yeni “Baku Taxi Company” şirkəti yaradılıb.
Qeyd edək ki, şirkət tərəfindən yeni avtomobillərdən istifadə üçün tariflər müəyyənləşdirilib. Belə ki, sərnişin avtomobilə əyləşən zaman 1 manat, sonrakı hər kilometr üçün 0,7 manat ödəyir.



Baxış sayı: 1220

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024