12px13px15px17px
Tarix:22/09/17

"Elektron hökumət" portalına daha 3 elektron xidmət əlavə olundu

"Elektron hökumət" portalına (www.e-gov.az) inteqrasiya olunmuş elektron xidmətlərin sayı artdı. Bu dəfə Əmlak Məsələləri Dövlət Komitəsinin 3 xidməti elektronlaşdırılaraq portala əlavə olundu:
 
"Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi"
 
"Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi"
 
"AzPOS sisteminə qoşulmaq üçün müraciətin və sənədlərin qəbulu".
  
Bununla da, Əmlak Məsələləri Dövlət Komitəsinin "Elektron hökumət" portalı üzərindən təqdim olunan xidmətlərinin sayı 35-ə çatdı.
 
Qeyd olunan "Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi" xidməti vasitəsilə vətəndaş ölkə üzrə şəhər, rayon, qəsəbə və ya kənd, küçənin adını, həmçinin tikinti şirkətinin adını qeyd etməklə mənzillərin dövlət reyestrindən çıxarışının mövcud olub olmadığı haqda məlumat əldə edə bilər.
 
"Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi" xidməti üzrə də vətəndaş ölkə üzrə ünvanı göstərməklə həmin ərazi üzrə mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatları ala bilər. Qeyd edək ki, hər iki xidmət üçün ödəniş tələb olunur.
 
İstənilən ərazidə çöl-ölçmə işlərini aparmaq və ərazinin koordinatlarını müəyyən etmək istəyən qurum AzPOS vasitəsilə göstərilən xidmətlərdən yararlanmaq imkanına malikdir. Portala inteqrasiya olunan üçüncü xidmət AzPOS sisteminə qoşulma üçün müraciəti və sənədlərin qəbulunu ehtiva edir.
 
Qeyd edək ki, AzPOS (Azerbaijan Positioning Observation System) Azərbaycan Respublikası ərazisində geodeziya-ölçü işlərində tətbiq olunan yüksək dəqiqliyə malik qəbuledicilərin köməyi ilə koordinatları müəyyən edən informasiya sistemidir.




Baxış sayı: 16

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 İyul 2018

17 07 2018

17/07/18
“Emporio Armani Connected” “ağıllı” saatı nümayiş olunub

İtaliyanın “Emporio Armani” brendi “ağıllı” “Connected” saatının yeni nəslini təqdim edib.

17/07/18
“3D” skan etmə texnologiyasına malik smartfonların tədarükü 100 milyonu ötəcək

2018-ci ildə dünya bazarına “3D” skanetmə funksiyasına malik 100 milyondan çox smartfon tədarük olunacaq

17/07/18
Vertikal uçuşlu təyyarə konsepti təqdim edilib

Vertikal uçuşlu təyyarə konsepti təqdim edilib

17/07/18
Növbəti nəsil sürətli enerjidoldurma texnologiyası hazırlanır

Hazırda smartfon istehsalçılarının əksəriyyəti sürətli enerjidoldurma texnologiyası hazırlamaqla məşğuldurlar

17/07/18
Robot bağban otaq bitkilərinə qulluq etməkdə kömək edir

“Vincross” şirkəti tərəfindən yaradılmış robot bağban otaq bitkilərinə qulluq edir

17/07/18
Təlimli robotlar hərbçilərə kömək edəcək

ABŞ Ordusu və Karnegi-Mellon Universitetinin mütəxəssisləri beynəlxalq konfrans çərçivəsində robotların təlimi üçü

17/07/18
“Skype”da danışıqları yadda saxlamaq mümkün olacaq

"Skype” videomessencerinin növbəti yeniləməsində səsli və videozənglərin yazılması funksiyası əlçatan olacaq

17/07/18
Britaniyada ilk kosmodrom Şotlandiyada tikiləcək

Böyük Britaniya ərazisində ilk kosmodrom 2020-ci ildə inşa olunacaq