12px13px15px17px
Tarix:22/09/17

“Hamı üçün İKT” sosial layihəsinə start verilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi aztəminatlı, qaçqın və məcburi köçkün, şəhid ailələrinin üzvləri və məhdud fiziki imkanlı məktəblilər və gənclər üçün kompüter biliklərinin inkişafına xidmət edən “Hamı üçün İKT” sosial  layihəsinə start verib. Layihə Elektron Hökumət Təlim-Tədris Mərkəzi tərəfindən Bakı və regionlarda yerləşən təlim mərkəzlərində keçiriləcək.
 
Layihə çərçivəsində 1000-ə yaxın şəxsin informasiya texnologiyalarından istifadə biliklərinin artırılması, ən vacib kompüter proqramlarının öyrənilməsi və elektron hökumət həlləri üzrə bacarıqların inkişaf etdirilməsi məqsədilə ödənişsiz əsaslarla təlimlər keçiriləcəkdir. Təlimlərdə iştirak edənlər yeni biliklər əldə edəcək və şəxsi karyeralarını inkişaf etdirmək  imkanı qazanacaqlar.
 
Layihə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Eyni zamanda, Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi layihəyə dəstək verirlər. Layihənin digər dəstəkçisi “Microsoft Azərbaycan” layihə iştirakçılarına tədris məzmunu və beynəlxalq sertifikat imtahanlarında ödənişsiz iştirak hüququ təqdim edir.
 
İlk təlimlərə sentyabrın 6-dan start verilib. Bu təlimlər Gəncə, Mingəçevir, Lənkəran, Şirvan, Şamaxı, Şəki regional təlim mərkəzlərində keçirilir. Təlimlərdə yaşından, ixtisasından asılı olmayaraq, hər bir kəs iştirak edə bilər.
 
Təlimlər 6 günlük kurslar şəklində təşkil olunur. Məşğələlər beynəlxalq sertifikatlı təlimçilər tərəfindən keçirilir. Təlimlərin yekunları üzrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatları təqdim ediləcək.
 
Elektron Hökumət Təlim-Tədris Mərkəzi kompüter və informasiya texnologiyaları sahəsində əhalinin biliklərinin artırılması məqsədilə yaradılmış və innovativ texnologiyalardan istifadə etməklə 16 rayonda əhaliyə xidmət göstərir. Təlimlərə yazılmaq üçün yaxınlığınızda yerləşən “Şəbəkə” xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Layihədə iştirak etmək və əlavə məlumat almaq üçün aşağıdakı vasitələrlə Mərkəz ilə əlaqə saxlamaq mümkündür: www.e-training.az, info@e-training.az, (012) 505-01-13,  (077) 505-01-13.
 








Baxış sayı: 156

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Fevral 2018

24 02 2018

24/02/18
“Əşyalar interneti” üçün yeni platforma təqdim olunub

“Qualcomm” şirkəti quraşdırılan qurğular və “Əşyalar interneti” konsepsiyası üçün yeni aparat platforması

24/02/18
“Viber” messencerində yeni funksiyalar təqdim edilib

“Viber” messencerində istifadəçilərə 3 yeni funksiya təqdim edilib. Sözügedən xidmətin proqramçıları 

24/02/18
Dünyada ilk uçan taksi nümayiş etdirilib

“Airbus” şirkəti “Vahana” layihəsinə məxsus dünyada “Alpha One” adlı ilk uçan taksinin uçuşu il

24/02/18
Britaniyanın avtomobil markası smartfon təqdim edib

Britaniyanın “Jaguar Land Rover” avtomobil markası “Bullitt Group” ilə birgə hazırlanmış “Android

24/02/18
Smartfonların satışı tarixdə ilk dəfə azalıb

“Gartner” analitik şirkəti satılan smartfonların sayının 2004-cü ildən ilk dəfə azalmasını açıqlayıb.

24/02/18
Bu korporasiya 2018-ci ilin ən innovativ şirkəti adına layiq görülüb

“Fast Company” firması “Apple” korporasiyasını 2018-ci ilin ən innovativ şirkəti adlandırıb.