12px13px15px17px
Tarix:25/09/17

Azərbaycan “ITU Telecom World 2017” beynəlxalq sərgi-konfransında təmsil olunur

Cənubi Koreyanın Busan şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) illik ənənəvi "ITU Telecom World 2017" beynəlxalq sərgi-konfransı keçirilir.
 
Üzv ölkələrin müvafiq dövlət qurumlarının rəhbər şəxslərinin, sahibkarların, elm adamlarının, tənzimləyici orqanların nümayəndələrinin qatıldığı tədbir sahə üzrə ən yeni texnologiya və xidmətlərin, innovativ həllərin, startap layihələrinin təqdimatı və müzakirəsi baxımından əhəmiyyətli tədbir hesab olunur.
 
Konfrans-sərginin açılış mərasimində BTİ-nin baş katibi Houlin Jao, Cənubi Koreyanın elm və informasiya-kommunikasiya texnologiyaları naziri You Youn-Min, Busan şəhərinin meri Suh Byun-soo çıxış ediblər. Koreya Respublikasının Prezidenti Mun Ce İnin iştirakçılara video müraciəti nümayiş  etdirilib.
 
Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyətində nazirliyin qurumları, özəl İKT şirkətləri, startaplar təmsil olunurlar.
 
Sərgi-konfransın işində ümumilikdə 52 ölkənin nazir və nazir müavinləri iştirak edir.
 
"ITU Telecom World-2017" beynəlxalq sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan milli pavilyonu fəaliyyət göstərir. Ölkəmiz 2009-cu ildən etibarən davamlı olaraq "ITU Telecom World" sərgilərində milli pavilyon ilə təmsil olunur. Bu il Azərbaycan Avropadan və Regional Rabitə Birliyində təmsil olunan ölkələrdən sərgidə milli pavilyon ilə təmsil olunan yeganə ölkədir. 
 
Rəsmi açılış mərasimindən sonra BTİ-nin baş katibi Houlin Jao, Cənubi Koreyanın elm və informasiya-kommunikasiya texnologiyaları naziri You Youn-Min, Busan şəhərinin meri Suh Byun-soo, tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları VİP tur çərçivəsində ölkəmizə məxsus pavilyonla tanış olublar. Onlara ölkəmizdə İKT sektorunda həyata keçirilən layihələr, startaplar, mobil operatorların ən yeni xidmətləri, Yüksək Texnologiyalar Parkının fəaliyyəti, "Elektron hökumət" portalı və s. barədə məlumat verilib.
 
İKT sahəsində innovasiyaların sürətləndirilməsi üçün qlobal platforma rolunu oynayan "ITU Telecom World 2017" fəaliyyətini sentyabrın 28-dək davam etdirəcək.
 
Tədbir çərçivəsində İKT sahəsi üzrə müxtəlif forumlar, seminarlar, təqdimatlar təşkil ediləcək, sərgi hissəsində isə milli pavilyonlarda ölkələrin, şirkətlərin müxtəlif həlləri nümayiş etdiriləcək. Bundan əlavə, ölkə təmsilçilərimizin nazirlər toplantısında çıxışı, ikitərəfli görüşləri planlaşdırılır. Üç gün ərzində sərgini 20 min insanın ziyarət etməsi gözlənilir. 








Baxış sayı: 843

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






12 Dekabr 2017

11 12 2017

11/12/17
Avtonom avtomobillər üçün innovativ texnologiya təqdim olunub

“LG Electronics” şirkəti sürücüsüz avtomobillərin təhlükəsizliyini artırmağa imkan verən texnologiya 

11/12/17
Bu smartfon digərlərindən daha sürətli enerji toplayır

Çinin qabaqcıl smartfonunun batareyası 30 dəqiqə ərzində 53%, 1 saat müddətində isə 100% enerji ilə doldurulub.

11/12/17
Zaqatalada “Şəbəkə” xidmət mərkəzi fəaliyyətə başladı

Ölkəmizdə telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi üzrə aparılan işlər çərçivəsində Zaqatala 

11/12/17
“3D” printerdə “Wi-Fi” qurğusu çap edilib

Vaşinqton Universitetinin alimləri üçölçülü printer vasitəsilə “Wi-Fi” qurğusu çap ediblər. 

11/12/17
“Fynoti” qurğusu evi oğrulardan qoruyacaq

Mütəxəssislər ev üçün mühafizə sistemlərini əvəzləyəcək yeni “Fynoti” qurğusunu təqdim ediblər. 

11/12/17
Yeni dron ofis işçilərinin həddən artıq əməksevərliyi ilə mübarizə aparacaq

Yaponiyanın “Taisei” şirkəti ofis işçilərinin həddən artıq əməksevərliyi ilə mübarizə üçün orijinal həll təkl

11/12/17
Növbəti il “iPhone” modelləri “L” şəkilli batareya ilə təchiz ediləcək

“Apple” şirkəti “OLED” ekranlı gələcək smartfonlar üçün “L” hərfi şəklində olan batareyaların haz

11/12/17
Proqramçılar “Windows” üçün görünməz virus yaradıblar

“EnSilo” şirkətinin əməkdaşları antivirus proqramlarını keçməyə imkan verən ən yeni metod təqdim ediblər.