12px13px15px17px
Tarix:03/10/17

NRYTN qrant müsabiqəsinin qaliblərini güzəştli “Elektron imza” ilə təmin edəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi elektron hökumət həllərinin və elektron xidmətlərin daha çox insana əlçatan olması üçün yeni təşəbbüslə çıxış edib.
 
Belə ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun təşkil etdiyi 10-cu qrant müsabiqəsinin qalibləri "Elektron imza"nı daha ucuz qiymətə əldə edə biləcəklər. Nazirliyin Məlumat Hesablama Mərkəzi bu müsabiqədə qalib gəlmiş bütün təşkilatlar və gənclər üçün "Elektron imza"nın qiymətlərinə 30%  güzəşt edib.
 
Bundan başqa, qaliblərə Nazirliyin Elektron Hökumət Təlim-Tədris Mərkəzi tərəfindən "Elektron imza"nın istifadəsi üzrə bütün təlimlər də ödənişsiz keçiləcək.
 
Qeyd edək ki, "Elektron imza"ların əldə edilməsi üçün fərdi gənclər və gənclər təşkilatları istənilən "Şəbəkə" xidmət mərkəzlərinə, həmçinin "Elektron imza" qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər.
 
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 10-cu qrant müsabiqəsinin nəticələrinə əsasən 568 layihəni maliyyələşdirəcək.
 
İmzaların əldə edilməsi ilə əlaqədar www.e-gov.az , info@e-imza.az , 157 çağrı mərkəzi, təlimlərdə iştirak ilə əlaqədar isə www.e-training.az , info@e-training.az , (012) 505-01-13,  (077) 505-01-13  əlaqə vasitələri ilə məlumat almaq olar.




Baxış sayı: 757

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024