Tarix:16/06/11
Qeyd edək ki, elektron məlumat bazasının yaradılması məktəblərdən Təhsil Nazirliyinə bilavasitə birbaşa məlumat axınına şərait yaradır.
Ucqar kənd məktəbləri vahid məlumat bazasına simsiz şəbəkə ilə qoşulacaq
Təhsil Nazirliyi nəzdində ölkənin məktəbəqədər, orta təhsil və məktəbdənkənar təhsil müəssisələrinin məlumat bazası yaradılıb. Nazirliyin Təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadiqovun sözlərinə görə, məlumat bazası təhsil müəssisələri arasında məlumat mübadiləsi üçün vahid təhsil şəbəkəsinə birləşib. O bildirib ki, respublikanın bütün təhsil müəssisələri 2012-ci ilin sonunadək təhsil şəbəkəsindən istifadə edə biləcəklər. Bu gün həmin şəbəkənin olmadığı məktəblərdə məlumat mübadiləsi elektron poçt vasitəsilə həyata keçirilir. Cari ildə ucqar ərazilərdə yerləşən və simli qoşulmanın mümkün olmadığı təhsil müəssisələrində simsiz şəbəkə tətbiq ediləcək. Şagirdlər və müəllimlər barədə məlumatlar məktəblərə məlumat bazalarının bütün sistemini avtomatlaşdırmağa imkan verən təhsil sistemində idarəetmənin informasiyalaşdırılması sistemində (TİMS) öz əksini tapıb. TİMS əsasında məktəblərin məlumat bazaları müəllimlər və şagirdlər, təhsil müəssisəsinin strukturu, dərs proqramları, planları və s. barədə ətraflı məlumatları özündə birləşdirir.Qeyd edək ki, elektron məlumat bazasının yaradılması məktəblərdən Təhsil Nazirliyinə bilavasitə birbaşa məlumat axınına şərait yaradır.
Baxış sayı: 1192
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib