Tarix:06/10/17
“NetMarketShare” xidmətinin məlumatına əsasən, 2017-ci ilin sentyabrında kompüterlərin 14,18%-də “Internet Explorer” brauzerindən istifadə edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Chrome” ən populyar brauzer adını qoruyub saxlayır. Sözügedən brauzerin bazar payı 59,6%-ə bərabərdir. “Firefox” (12,85%) brauzeri ilk üçlükdə qərarlaşıb.
2016-cı ilin əvvəlində “Microsoft” şirkəti “Internet Explorer” brauzerinin 11-ci versiyası istisna olmaqla, digər versiyalarının dəstəyini dayandırdıqdan sonra adı çəkilən brauzerin bazar payı kəskin azalmağa başlayıb. Həmin vaxtdan etibarən “Internet Explorer 10” və daha aşağı versiyalar üçün təhlükəsizlik yeniləmələri və texniki dəstək nəzərdə tutulmayıb.
Hazırda “Microsoft” şirkəti yeni “Edge” brauzerini irəli çəkir. Ancaq 2017-ci ilin sentyabrında bu brauzerin bazar payı 5,15%-dək azalıb. Şirkətdən bildirilib ki, “Edge” brauzeri 330 milyon qurğuda istifadə olunur ki, bu da 2016-cı ilin apreli ilə müqayisədə iki dəfə daha çoxdur.
2017-ci ilin oktyabrında “Microsoft” şirkəti “Edge” brauzerinin mobil versiyasını çıxarıb.
Emil Hüseynov
“Internet Explorer” brauzerinin bazar payı ilk dəfə 15%-dən aşağı düşüb
İlk dəfə olaraq “Internet Explorer” brauzerinin bazar payı 15%-dən aşağı düşüb. Bu, “Microsoft” şirkətinin yeni “Edge” brauzerini tanıtması ilə izah edilir. Amma sonuncuya tələbat ürəkaçan səviyyədə deyil.“NetMarketShare” xidmətinin məlumatına əsasən, 2017-ci ilin sentyabrında kompüterlərin 14,18%-də “Internet Explorer” brauzerindən istifadə edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Chrome” ən populyar brauzer adını qoruyub saxlayır. Sözügedən brauzerin bazar payı 59,6%-ə bərabərdir. “Firefox” (12,85%) brauzeri ilk üçlükdə qərarlaşıb.
2016-cı ilin əvvəlində “Microsoft” şirkəti “Internet Explorer” brauzerinin 11-ci versiyası istisna olmaqla, digər versiyalarının dəstəyini dayandırdıqdan sonra adı çəkilən brauzerin bazar payı kəskin azalmağa başlayıb. Həmin vaxtdan etibarən “Internet Explorer 10” və daha aşağı versiyalar üçün təhlükəsizlik yeniləmələri və texniki dəstək nəzərdə tutulmayıb.
Hazırda “Microsoft” şirkəti yeni “Edge” brauzerini irəli çəkir. Ancaq 2017-ci ilin sentyabrında bu brauzerin bazar payı 5,15%-dək azalıb. Şirkətdən bildirilib ki, “Edge” brauzeri 330 milyon qurğuda istifadə olunur ki, bu da 2016-cı ilin apreli ilə müqayisədə iki dəfə daha çoxdur.
2017-ci ilin oktyabrında “Microsoft” şirkəti “Edge” brauzerinin mobil versiyasını çıxarıb.
Emil Hüseynov
Baxış sayı: 645
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib