Tarix:10/10/17
Konfransda Azərbaycandan rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərliyi ilə nümayəndə heyəti, ölkəmizin Argentinadakı səfiri Rəşad Aslanov və səfirliyin 1-ci katibi Rəşad Səfərov da iştirak edir.
Tədbirin açılışı mərasimində Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi cənab Antonio Qutyerresin video mesaji səslənib.
Daha sonra Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Houlin Jao, Argentinanın Nazirlər Kabinetinin rəhbəri Markos Pena, Argentinanın Modernləşdirmə naziri Andres İbarra çıxış ediblər.
Konfrans çərçivəsində dünya miqyasında telekommunikasiya sahəsində tənzimləmə mexanizmlərinin, qaydalarının təkmilləşdirilməsini, xüsusən də Davamlı İnkişaf Məqsədlərinin reallaşdırılmasını sürətləndirəcək yeni qərarların qəbul edilməsi gözlənilir.
Azərbaycan da Regional Rabitə Birliyi ilə əməkdaşlıq çərçivəsində hazırlanmış 30 sənədə düzəliş layihələrinin hazırlanmasında iştirak edib və onların iclaslarda məruzə edilməsində fəallıq göstərəcək.
Tədbirdə BTİ-nin aparıcı struktur bölməsi olan Telekommunikasiyanın İnkişafı Bürosunun 25 illiyi qeyd ediləcək. Maraqlıdır ki, 1994-cü ildə Telekommunikasiyanın İnkişafı Bürosunun ilk iclası da Argentinada keçirilib.
Konfrans öz işini oktyabrın 20-dək davam etdirəcək.
Azərbaycan nümayəndə heyəti Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransında iştirak edir
Argentina Respublikasının Buenos-Ayres şəhərində Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransı (WTDC) öz işinə başlayıb.Konfransda Azərbaycandan rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərliyi ilə nümayəndə heyəti, ölkəmizin Argentinadakı səfiri Rəşad Aslanov və səfirliyin 1-ci katibi Rəşad Səfərov da iştirak edir.
Tədbirin açılışı mərasimində Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi cənab Antonio Qutyerresin video mesaji səslənib.
Daha sonra Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Houlin Jao, Argentinanın Nazirlər Kabinetinin rəhbəri Markos Pena, Argentinanın Modernləşdirmə naziri Andres İbarra çıxış ediblər.
Konfrans çərçivəsində dünya miqyasında telekommunikasiya sahəsində tənzimləmə mexanizmlərinin, qaydalarının təkmilləşdirilməsini, xüsusən də Davamlı İnkişaf Məqsədlərinin reallaşdırılmasını sürətləndirəcək yeni qərarların qəbul edilməsi gözlənilir.
Azərbaycan da Regional Rabitə Birliyi ilə əməkdaşlıq çərçivəsində hazırlanmış 30 sənədə düzəliş layihələrinin hazırlanmasında iştirak edib və onların iclaslarda məruzə edilməsində fəallıq göstərəcək.
Tədbirdə BTİ-nin aparıcı struktur bölməsi olan Telekommunikasiyanın İnkişafı Bürosunun 25 illiyi qeyd ediləcək. Maraqlıdır ki, 1994-cü ildə Telekommunikasiyanın İnkişafı Bürosunun ilk iclası da Argentinada keçirilib.
Konfrans öz işini oktyabrın 20-dək davam etdirəcək.
Baxış sayı: 467
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır