Tarix:16/06/11
Respublikada bu istiqamətdə aparılan islahatlar nəticəsində real vaxt rejimində banklararası hesablaşmalar sistemi və xırda ödənişlər üzrə hesablaşma klirinq sistemi yaradılaraq onların tətbiqi nəticəsində böyük məbləğli və təcili ödənişlərin real vaxt rejimində (online) həyata keçirilməsinə və xırda ödənişlərin (əməkhaqqı, sosial müdafiə ödənişləri, telefon, qaz, su, elektrik enerjisi üzrə kommunal ödənişlər və s.) elektron daşıyıcılar, o cümlədən plastik kartlar əsasında şəffaf, təhlükəsiz, səmərəli həyata keçirilməsinə geniş imkanlar yaradılıb.
Hər bir təsərrüfat subyektinin, geniş əhali təbəqəsinin elektron ödəniş sistemlərinin imkanlarından daha fəal istifadəyə cəlb edilməsi, ərazi mənsubiyyətindən asılı olmayaraq, bütün ölkəni əhatə etməklə, vahid elektron ödəniş məkanının yaradılması, eyni zamanda hüquqi və fiziki şəxslərin maliyyə xidmətlərinə, bank sistemi və maliyyə bazarlarının isə təsərrüfat subyektlərinə və ev təsərrüfatlarına qarşılıqlı çıxış imkanlarının daha da artırılması, iqtisadi dövriyyədə olan pul kütləsinin nağdsız dövriyyə ilə əvəz olunması ölkə iqtisadiyyatının inkişafına investisiya edilməsi üçün əlverişli zəmin yaradır.
Eyni zamanda əhali tərəfindən banklara əmanətlərin qoyulması və mallara, işlərə, xidmətlərə görə ödənişlərin elektron daşıyıcılardan, o cümlədən plastik kartlardan istifadə etməklə nağdsız qaydada aparılması pul vəsaitlərinin saxlanmasının və ödənişlərin aparılmasının etibarlılığını təmin edir.
Hazırda ölkə ərazisində fəaliyyət göstərən bütün təsərrüfat subyektlərinin, ticarət-xidmət müəssisələrinin, geniş əhali təbəqəsinin, o cümlədən pensiyaçıların və təqaüdçülərin elektron ödəniş sistemindən daha aktiv istifadəyə cəlb edilməsi, regionlarda hüquqi və fiziki şəxslərin maliyyə xidmətlərinə çıxışı imkanlarının daha da artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməkdədir.
Vergilər Nazirliyi bütün qurumlara bu istiqamətdə tədbirləri genişləndirərək nağdsız hesablaşmaları daha da genişləndirməyi tövsiyə edib. Və bu istiqamətdə işlər aparmaqla (əməkhaqlarının plastik kartlarla verilməsi, mal, iş, xidmət təqdim edilməsinin POS terminallar vasitəsilə həyata keçirilməsi və s.) onların da ölkə iqtisadiyyatının davamlı inkişafında və şəffaflığın artırılmasında böyük rolu ola biləcəyi bildirilib.
Elektron hesablaşmalar genişlənir
Son illər Azərbaycan Respublikasında mütərəqqi Milli Ödəniş Sisteminin yaradılması məqsədilə qabaqcıl beynəlxalq təcrübəyə istinad edilməklə elektron hesablaşma sistemlərinin yaradılıb istifadəyə verilməsi istiqamətində geniş islahatlar aparılıb.Respublikada bu istiqamətdə aparılan islahatlar nəticəsində real vaxt rejimində banklararası hesablaşmalar sistemi və xırda ödənişlər üzrə hesablaşma klirinq sistemi yaradılaraq onların tətbiqi nəticəsində böyük məbləğli və təcili ödənişlərin real vaxt rejimində (online) həyata keçirilməsinə və xırda ödənişlərin (əməkhaqqı, sosial müdafiə ödənişləri, telefon, qaz, su, elektrik enerjisi üzrə kommunal ödənişlər və s.) elektron daşıyıcılar, o cümlədən plastik kartlar əsasında şəffaf, təhlükəsiz, səmərəli həyata keçirilməsinə geniş imkanlar yaradılıb.
Hər bir təsərrüfat subyektinin, geniş əhali təbəqəsinin elektron ödəniş sistemlərinin imkanlarından daha fəal istifadəyə cəlb edilməsi, ərazi mənsubiyyətindən asılı olmayaraq, bütün ölkəni əhatə etməklə, vahid elektron ödəniş məkanının yaradılması, eyni zamanda hüquqi və fiziki şəxslərin maliyyə xidmətlərinə, bank sistemi və maliyyə bazarlarının isə təsərrüfat subyektlərinə və ev təsərrüfatlarına qarşılıqlı çıxış imkanlarının daha da artırılması, iqtisadi dövriyyədə olan pul kütləsinin nağdsız dövriyyə ilə əvəz olunması ölkə iqtisadiyyatının inkişafına investisiya edilməsi üçün əlverişli zəmin yaradır.
Eyni zamanda əhali tərəfindən banklara əmanətlərin qoyulması və mallara, işlərə, xidmətlərə görə ödənişlərin elektron daşıyıcılardan, o cümlədən plastik kartlardan istifadə etməklə nağdsız qaydada aparılması pul vəsaitlərinin saxlanmasının və ödənişlərin aparılmasının etibarlılığını təmin edir.
Hazırda ölkə ərazisində fəaliyyət göstərən bütün təsərrüfat subyektlərinin, ticarət-xidmət müəssisələrinin, geniş əhali təbəqəsinin, o cümlədən pensiyaçıların və təqaüdçülərin elektron ödəniş sistemindən daha aktiv istifadəyə cəlb edilməsi, regionlarda hüquqi və fiziki şəxslərin maliyyə xidmətlərinə çıxışı imkanlarının daha da artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməkdədir.
Vergilər Nazirliyi bütün qurumlara bu istiqamətdə tədbirləri genişləndirərək nağdsız hesablaşmaları daha da genişləndirməyi tövsiyə edib. Və bu istiqamətdə işlər aparmaqla (əməkhaqlarının plastik kartlarla verilməsi, mal, iş, xidmət təqdim edilməsinin POS terminallar vasitəsilə həyata keçirilməsi və s.) onların da ölkə iqtisadiyyatının davamlı inkişafında və şəffaflığın artırılmasında böyük rolu ola biləcəyi bildirilib.
Baxış sayı: 1220
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır