12px13px15px17px
Tarix:25/10/17

“Hamı üçün İKT” təlimləri başladı

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə "Hamı üçün İKT" sosial layihəsi əsasında ofis proqramlarından peşəkar istifadə üzrə ödənişsiz təlimlərə başlanılıb. Təlimlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihə qaçqın və məcburi köçkün, şəhid ailələrinin üzvləri, sağlamlıq imkanları məhdud olan şəxslər üçün nəzərdə tutulub.  
 
Oktyabrın 25-də Bakı şəhərinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində ilk təlim təşkil olunub. Onlayn formada keçən təlimə Bakı şəhəri ilə yanaşı, Lənkəran, İmişli, Bərdə, Mingəçevir, Göyçay, Şamaxı və Qəbələ rayonlarının Elektron Hökumət Təlim-Tədris mərkəzləri qoşulub.
 
Təlimdə layihənin məqsədi barədə məlumat verilərək bildirilib ki, Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsində müəyyən addımlar atılıb, bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılıb, ümumiyyətlə, bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya"nın  qoyduğu hədəflərdən biri də bütövlükdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin asanlaşdırılması üçün bu texnologiyalara dair bilik və məlumatların geniş şəkildə əhaliyə çatdırılmasıdır.
 
Layihənin sonunda mənimsənilən biliklərin səviyyəsinə görə dinləyicilərə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Bilik Fondu və Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyinin sertifikatları veriləcək.







Baxış sayı: 1062

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024