Tarix:03/11/17
Bu layihə çərçivəsində gələcəkdə Qəbələ, Lənkəran, Bərdə, Şirvan, Quba və digər regionlarda da keçirilməsi nəzərdə tutulan təlimlərin əsas məqsədi innovativ texnologiyaların tətbiqi ilə biznesin inkişaf yollarını araşdırmaq, bununla bağlı yerli mütəxəssislərlə beynəlxalq ekspertlər arasında təcrübə mübadiləsi yaratmaq, habelə, daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə dəstək olmaqdır.
Yerli və xarici ekspertlərin iştirakı ilə təşkil olunan təlimdə elektronlaşmaya vətəndaşların cəlb olunmasını tənzimləməkdə məsuliyyətli olan müvafiq dövlət orqanlarının rəsmiləri və sahibkarlar iştirak edir.
Təlimdə e-Hökumət və e-İştirak konsepsiyalarının qlobal inkişaf tendensiyaları; dövlətin şəffaf idarə edilməsində İKT-dən daha səmərəli istifadə; internet təhlükəsizliyi, məxfilik, internetə çıxış, inkişaf və s. məsələlər müzakirə ediləcək. E-Hökumət və E-İştirak infrastrukturu, "Elektron hökumət" portalı (e-gov.az), portalın vətəndaşlara təqdim etdiyi xidmətlər, portaldan istifadə qaydaları, elektron imza, elektron sənəd haqqında nəzəri və praktik biliklər aşılanacaq.
Təlimdə regionlarda dövlət qulluqçularının İKT potensialının gücləndirilməsi ilə bağlı beynəlxalq təcrübənin tətbiqi, vətəndaşların dövlət xidmətlərinə çıxış imkanı məsələlərinə də toxunulacaq.
Təlim çərçivəsində «Elektron Azərbaycan» maarifləndirici toplusunun təqdimatı keçiriləcək. Məlumat üçün bildirək ki, kitabçada ʺElektron hökumətʺ infrastrukturu və onun əsas komponentləri, ʺElektron hökumətʺ portalı, portalda mövcud olan xidmət qrupları, elektron imza və onun tətbiq sahələrindən bəhs edilir.
Təlimin sonunda iştirakçılara BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi tərəfindən sertifikat təqdim ediləcək.
Regionlarda keçiriləcək növbəti təlimlərə Gəncədən start verildi
BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə reallaşdırdığı "Azərbaycan Respublikasında İKT infrastrukturunun və İKT xidmətlərinin davamlılığının və səmərəliliyinin modernləşdirilməsi" layihəsi çərçivəsində "Regionlarda Davamlı İnkişaf üçün E-Hökumət və E-İştirak İmkanlarının Təkmilləşdirilməsi" təlimləri başlayıb. Təlimlərə Gəncə şəhərindən start verilib.Bu layihə çərçivəsində gələcəkdə Qəbələ, Lənkəran, Bərdə, Şirvan, Quba və digər regionlarda da keçirilməsi nəzərdə tutulan təlimlərin əsas məqsədi innovativ texnologiyaların tətbiqi ilə biznesin inkişaf yollarını araşdırmaq, bununla bağlı yerli mütəxəssislərlə beynəlxalq ekspertlər arasında təcrübə mübadiləsi yaratmaq, habelə, daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə dəstək olmaqdır.
Yerli və xarici ekspertlərin iştirakı ilə təşkil olunan təlimdə elektronlaşmaya vətəndaşların cəlb olunmasını tənzimləməkdə məsuliyyətli olan müvafiq dövlət orqanlarının rəsmiləri və sahibkarlar iştirak edir.
Təlimdə e-Hökumət və e-İştirak konsepsiyalarının qlobal inkişaf tendensiyaları; dövlətin şəffaf idarə edilməsində İKT-dən daha səmərəli istifadə; internet təhlükəsizliyi, məxfilik, internetə çıxış, inkişaf və s. məsələlər müzakirə ediləcək. E-Hökumət və E-İştirak infrastrukturu, "Elektron hökumət" portalı (e-gov.az), portalın vətəndaşlara təqdim etdiyi xidmətlər, portaldan istifadə qaydaları, elektron imza, elektron sənəd haqqında nəzəri və praktik biliklər aşılanacaq.
Təlimdə regionlarda dövlət qulluqçularının İKT potensialının gücləndirilməsi ilə bağlı beynəlxalq təcrübənin tətbiqi, vətəndaşların dövlət xidmətlərinə çıxış imkanı məsələlərinə də toxunulacaq.
Təlim çərçivəsində «Elektron Azərbaycan» maarifləndirici toplusunun təqdimatı keçiriləcək. Məlumat üçün bildirək ki, kitabçada ʺElektron hökumətʺ infrastrukturu və onun əsas komponentləri, ʺElektron hökumətʺ portalı, portalda mövcud olan xidmət qrupları, elektron imza və onun tətbiq sahələrindən bəhs edilir.
Təlimin sonunda iştirakçılara BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi tərəfindən sertifikat təqdim ediləcək.
Baxış sayı: 477
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır