12px13px15px17px
Tarix:07/11/17

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri noyabrın 14-də Yevlax şəhərində vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu üzrə  növbəti görüşünü noyabrın 14-də saat 12:30-da Yevlax şəhərində keçirəcək. Nazir Yevlax, Tərtər, Ağdam və Bərdə rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı)  və poçt xidmətləri üzrə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
 
Vətəndaşlardan "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi", 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
 
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
 
Yevlax rayonunda                     02233 64646
Tərtər rayonunda                      02223 61554
Ağdam rayonunda                    02632 50622
Bərdə rayonunda                      02020 51515
 
nömrəli telefonlara zəng etmələri xahiş olunur.




Baxış sayı: 642

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024