12px13px15px17px
Tarix:14/10/11

Yeni smartfonun təqdimat tarixi elan edilib

“Google” və “Samsung” şirkətləri yeni “İce Cream Sandwich” əməliyyat sisteminin təqdimatını oktyabr ayının 15-nə təyin ediblər. Tədbir Honkonqda keçiriləcək.

Yerli vaxt üzrə saat 10:00-da başlanacaq təqdimat “YouTube” videohostinqində translyasiya ediləcək. Tədbirdə, həmçinin “Nexus Prime” adlandırılması güman edilən yeni smartfonun təqdim ediləcəyi də gözlənilir.

“Google” və “Samsung” şirkətləri “İce Cream Sandwich” əməliyyat sistemini oktyabr ayının 11-də San-Dieqoda təqdim etməyi planlaşdırmışdılar.

Lakin oktyabr ayının 7-də şirkətlər təqdimatı başqa tarixə keçirmələri haqqında bildiriblər. Təqdimatın başqa tarixə keçirilməsi haqqında qərarın “Apple”-ın keçmiş rəhbəri Stiv Cobsun ölümü ilə əlaqədar qəbul edildiyi bildirilib.

“Android” mobil əməliyyat sisteminin “İce Cream Sandwich” adlandırılmış yeni versiyası 2011-ci ilin may ayında elan edilib. Bu platformada işləyən ilk aparatın “Nexus Prime” adlanacağı gözlənilir. O, “Nexus” smartfonları xəttinin davamı olacaq. Yeni smartfonun texniki xüsusiyyətləri haqda rəsmi olaraq məlumat verilmir.



Baxış sayı: 1389

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024