Tarix:14/11/17
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, bükülən yarpaqlar (LAYER) 5 qatlı cərəyan keçirən plastikdən hazırlanıb. Bu plastik təbii və süni işıqlandırma mənbələrindən daxil olan enerjini toplayır və elektrik enerjisinə çevirir. “Dracula Technologies” şirkətinin alimi Sadok Ben Dxi bildirib ki, bir fotoelementin çap edilməsinə təxminən 1 saat vaxt sərf olunur. “LAYER”-i dərhal telefona yapışdırmaq və ya böyük yarpaq şəklində çap edərək daha çox işıq (məsələn, çanta və ya futbolkaya) qəbul edən səthə bərkitmək, bundan sonra qurğuya qoşmaq olar.
Fransız startapının həlli hələ ki otaq şəraitində enerjini effektiv toplamır, çünki süni işıqlandırmanın intensivliyi təbii işıqlandırmadan aşağıdır. Lakin alimin komandası texnologiyanın təkmilləşdirilməsi üzərində işləyir.
Emil Hüseynov
Nazik fotoelement işığın köməyilə istənilən telefonu enerji ilə dolduracaq
Günəş enerjisi sahəsində həllərin hazırlanması üzrə ixtisaslaşmış “Dracula Technologies” şirkətinin fizikləri tərəfindən ixtira edilmiş plastiklər işığın köməyi ilə istənilən telefonu enerji ilə doldurmağa imkan verir. İstənilən forma və rəngdə olan nazik və elastik fotoelementlər adi şırnaqlı printerdə çap edilə bilər.“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, bükülən yarpaqlar (LAYER) 5 qatlı cərəyan keçirən plastikdən hazırlanıb. Bu plastik təbii və süni işıqlandırma mənbələrindən daxil olan enerjini toplayır və elektrik enerjisinə çevirir. “Dracula Technologies” şirkətinin alimi Sadok Ben Dxi bildirib ki, bir fotoelementin çap edilməsinə təxminən 1 saat vaxt sərf olunur. “LAYER”-i dərhal telefona yapışdırmaq və ya böyük yarpaq şəklində çap edərək daha çox işıq (məsələn, çanta və ya futbolkaya) qəbul edən səthə bərkitmək, bundan sonra qurğuya qoşmaq olar.
Fransız startapının həlli hələ ki otaq şəraitində enerjini effektiv toplamır, çünki süni işıqlandırmanın intensivliyi təbii işıqlandırmadan aşağıdır. Lakin alimin komandası texnologiyanın təkmilləşdirilməsi üzərində işləyir.
Emil Hüseynov
Baxış sayı: 580
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib