Tarix:16/11/17
"ICTnews" Elektron Xəbər Xidməti un.org resursuna istinadən yazır ki, Azərbaycan 176 dövləti özündə birləşdirən reytinqdə 65-ci yeri tutmaqla Cənubi Qafqaz ölkələri arasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə liderdir. Gürcüstan və Ermənistan sözügedən reytinqdə müvafiq olaraq 74 və 75-ci yerləri tutublar.
Belarus 32-ci, Rusiya 45-ci, Qazaxıstan 52-ci və Moldova 59-cu, Ukrayna 79-cu, Özbəkistan 95-ci və Qırğızıstan 109-cu yerlərdə qərarlaşıblar.
BTİ-nin yeni hesabatı internetə qoşulmuş insanların sayında artım olduğunu və dünyada İKT yeniliklərindən daha aktiv istifadə edildiyini göstərir.
Yeni hesabatın müəllifləri bu tendensiyanı mobil telefon bazarının həcminin artması və genişzolaqlı rabitənin əlçatanlığı ilə izah edir.
Hazırda dünyada hər bir 100 insana mobil genişzolaqlı rabitə üzrə 50-dən çox abunə düşür. Bu, internet və onlayn xidmətlərə çıxışı xeyli dərəcədə genişləndirməyə imkan verib.
Emil Hüseynov
Azərbaycan Cənubi Qafqaz ölkələri arasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə liderdir
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yeni hesabatına əsasən, İslandiya, Koreya Respublikası və İsveçrə müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə liderlər siyahısında ilk üçlükdə qərarlaşıblar. İlk onluqda, həmçinin Danimarka, Böyük Britaniya, Honkonq (Çin), Niderland, Norveç, Lüksemburq və Yaponiya yer alıblar."ICTnews" Elektron Xəbər Xidməti un.org resursuna istinadən yazır ki, Azərbaycan 176 dövləti özündə birləşdirən reytinqdə 65-ci yeri tutmaqla Cənubi Qafqaz ölkələri arasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə liderdir. Gürcüstan və Ermənistan sözügedən reytinqdə müvafiq olaraq 74 və 75-ci yerləri tutublar.
Belarus 32-ci, Rusiya 45-ci, Qazaxıstan 52-ci və Moldova 59-cu, Ukrayna 79-cu, Özbəkistan 95-ci və Qırğızıstan 109-cu yerlərdə qərarlaşıblar.
BTİ-nin yeni hesabatı internetə qoşulmuş insanların sayında artım olduğunu və dünyada İKT yeniliklərindən daha aktiv istifadə edildiyini göstərir.
Yeni hesabatın müəllifləri bu tendensiyanı mobil telefon bazarının həcminin artması və genişzolaqlı rabitənin əlçatanlığı ilə izah edir.
Hazırda dünyada hər bir 100 insana mobil genişzolaqlı rabitə üzrə 50-dən çox abunə düşür. Bu, internet və onlayn xidmətlərə çıxışı xeyli dərəcədə genişləndirməyə imkan verib.
Emil Hüseynov
Baxış sayı: 1038
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır