12px13px15px17px
Tarix:16/11/17

“Emirates” aviaşirkəti təyyarədə ən sürətli “Wi-Fi” şəbəkəsini istifadəyə verəcək

“Emirates” aviaşirkəti “Thales” kommunikasiya şirkəti ilə birlikdə 2020-ci ilədək təyyarə reyslərində internetin sürətini dəfələrlə artırmaq niyyətindədir. Bu, “GX Aviation” məlumat ötürmə texnologiyasının tətbiqi sayəsində mümkün olacaq.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, aviaşirkət nümayəndələrinin sözlərinə görə, sürətin 50 meqabit saniyəyədək artırılması nəzərdə tutulur. Tərəflər arasında imzalanan sazişə görə, 150 “Boeing 777X” təyyarəsi və 165 “Boeing 777s” hava gəmisinin göyərtəsi yeni ötürücülərlə təchiz ediləcək.  
 
Məlumata görə, hazırda “Emirates” bazarda liberal tariflərə malik aviaşirkətlərdən biridir. Şirkət birinci sinif və biznes sinfi sərnişinləri üçün limitsiz internet, eləcə də bütün müştərilərə 20 meqabit pulsuz trafik təqdim edir.
 
Bildirilir ki, son bir neçə ildə şirkət hava “Wi-Fi” şəbəkəsinə 200 milyon dollardan çox vəsait xərcləyib. Statistikaya görə, ay ərzində xidmətdən 800 minə yaxın “Emirates” sərnişini istifadə edir.
 
Müqayisə üçün qeyd edək ki, əksər aviaşirkətlərin təyyarələrinin göyərtəsində “Wi-Fi” şəbəkəsinin orta sürəti 7-12 Mbit/saniyə təşkil edir. Hazırda təyyarə göyərtəsində internetin təşkili üçün iki üsul mövcuddur: yerüstü stansiyaların köməyi ilə və ya peyklər vasitəsilə.

Nizam Nuriyev 




Baxış sayı: 611

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024