12px13px15px17px
Tarix:16/11/17

“Firefox” brauzerinin ən sürətli versiyası istifadəyə verilib

“Mozilla” şirkəti “Firefox” brauzerinin “Android”, “iOS”, “Windows”, “Mac” və “Linux” üçün tam yenilənmiş versiyasını təqdim edib. Şirkətin nümayəndələri iddia edirlər ki, “Firefox 57” versiyası brauzerin bütün tarixi ərzində ən sürətli versiyadır.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, “Firefox 57” yüksək məhsuldarlığa malik və az yaddaş sərf etməklə səhifələrin sürətli yüklənməsini təmin edən “Firefox Quantum” adlı yeni mühərrik, həmçinin yeni dizayn və bir sıra əlavə funksiyalarla təchiz edilib.

Proqramçıların sözlərinə görə, “Firefox 57” versiyasında kodun 75%-i yenidən yazılıb. “Speedometer 2.0” testinin nəticələrinə görə, yeni “Firefox” brauzeri “Firefox 52” versiyasından təxminən iki dəfə məhsuldardır. Bundan başqa, brauzer “Google Chrome” ilə müqayisədə 3 dəfə az enerji sərf edir.

Həmçinin “Firefox 57” brauzeri kvadrat vərəqlər və yenilənmiş menyu dizaynına malik yeni “Photon” istifadəçi interfeysi ilə təchiz edilib. “Photon” istifadəçi interfeysi yüksək təsvir ölçülü ekranlar və sensor ekranlı qurğular üçün optimallaşdırılıb.

Emil Hüseynov




Baxış sayı: 653

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024