12px13px15px17px
Tarix:21/11/17

Smartfon istifadəçiləri ən çox hansı brauzerdən istifadə edirlər?

"Androidpolice" nəşri öz oxucuları  arasında sorğu keçirib. Sorğunun məqsədi ən populyar brauzeri müəyyənləşdirmək olub. Sözügedən nəşr 5 brauzerdən birinə səs verməyi təklif edib: "Samsung Internet" (Browser), "Mozilla Firefox", "Opera Mini / Mobile", "Safari" və "Google Chrome".

"ICTnews" Elektron Xəbər Xidməti "planet-today.ru" saytına istinadən yazır ki, rəyi soruşulanların 63%-i "Google Chrome" brauzerinin lehinə səs veriblər. "Samsung Internet" brauzeri səslərin sayına görə ikinci yeri tutub.  12% səs toplamış "Firefox" brauzeri ilk üçlükdə qərarlaşıb.

Qeyd edək ki, bütün veb brauzerlər funksionallığına görə bir-birini, demək olar ki, təkrarlayır. Ancaq bəzi fərdi xüsusiyyətlər brauzeri istifadəçilər üçün daha cəlbedici edir. İnterfeysin yüngüllüyü, həmçinin böyük əhəmiyyət kəsb edir.

Emil Hüseynov




Baxış sayı: 621

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024