12px13px15px17px
Tarix:28/11/17

Reaktiv təyyarə “LTE” şəbəkəsinin etibarlığını yoxlayıb

"LTE" standartlı şəbəkələr istifadəçi yüksək sürətlə hərəkət edəndə də yüksəksürətli bağlantını və stabilliyi təmin edə bilir. Bu qənaətə "LTE" şəbəkəsinin keyfiyyətini reaktiv təlim təyyarəsi vasitəsilə yoxlayan İsveçin "Ericsson" şirkətinin mütəxəssisləri gəliblər.
 
"ICTnews" Elektron Xəbər Xidməti "N+1" resursuna istinadən yazır ki, böyük sürətlər siqnalın verici və qəbuledici arasında keçməsinin yubanmasına təsir edə bilər. Məsələn, baza stansiyası istiqamətində hərəkət zamanı ondan mobil telefona siqnal telefondan baza stansiyasına ötürüləndən daha sürətli olacaq. Bundan başqa, rabitə keyfiyyətinin pisləşməsi hərəkətdə telefonun bir mobil stansiyadan digərinə keçməsi zamanı baş verir.
 
Məlumata görə, "Ericsson" şirkətinin mütəxəssisləri tərəfindən eksperiment üçün reaktiv təlim təyyarəsi icarəyə götürülərək göyərtədə "LTE" şəbəkəsinə adi modemlər vasitəsilə qoşulan kompüterlə təchiz olunan mühəndis yerləşib. Təyyarə 300 metr hündürlükdə saatda 700 kilometrədək sürətdə uçuşlar yerinə yetirib.
 
Uçuş zamanı rabitə kəsintisi qeydə alınmayıb. Saatda 700 kilometrə yaxın sürətlə uçuş zamanı məlumatların maksimal ötürmə sürəti saniyədə 19 meqabit təşkil edib. Bununla yanaşı, siqnalın keçilməsində nəzərəçarpacaq yubanmanın artması baş verməyib. Bundan əlavə, modemlərin baza stansiyasından digərinə keçirilmə sürəti kifayət qədər yüksək (məsələn, fasiləsiz videoya baxmağa imkan verib) olub.
 
Bildirilir ki, təcrübə zamanı şirkət, həmçinin Dopler effektinin rabitənin keyfiyyətinə təsirini yoxlayaraq onun "LTE" şəbəkəsinin bağlantı sürətinə təsir göstərməməsi nəticəsinə gəlib. Dopler effekti obyektin hərəkət sürətindən asılı olaraq qəbuledici tərəfindən qəbul edilən siqnalın tezlik dəyişikliklərində özünü göstərir. Qəbuledici istiqamətində hərəkət zamanı siqnal artır, ondan uzaqlaşdıqda isə azalır.
 
Qeyd edək ki, mobil rabitə şəbəkəsində qəbuledici və vericinin müəyyən tezlikli siqnalın qəbulu və göndərilməsi üçün nəzərdə tutulması səbəbindən Dopler effektinin mobil rabitənin keyfiyyətinə təsir göstərməsi barədə fikirlər geniş yayılıb. Dopler effektinə görə tezliyin dəyişməsi ötürülən siqnal tezliyinin dəyişməsinə səbəb olur ki, bu da rabitədə maneələr yarada və ya onu tam poza bilər.

Nizam Nuriyev 




Baxış sayı: 606

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024