12px13px15px17px
Tarix:14/10/11

Məşhur tərcümə proqramının mobil versiyasına səsli tərcümə imkanı əlavə edilib (VİDEO)

“Google Android” əməliyyat sistemində real vaxt ərzində səsli tərcümə reallaşdırıb. Şirkətdən qeyd edirlər ki, əgər istifadəçi dili bilmirsə, yeni texnologiya əcnəbilərlə ünsiyyəti əhəmiyyətli dərəcədə asanlaşdıracaq.

Məlumat üçün qeyd edək ki, “Google Translate Conversation Mode”-un ilkin versiyası hələ cari ilin yanvar ayında çıxıb və o zaman o, yazılmış mətnləri səslə tərcümə etməyə imkan yaradıb.

İlkin versiya 2 dili (ingilis və ispan) dəstəkləyib, halbuki yenilik 14 (ingilis, ispan, fransız, italyan, alman, portuqal, holland, rus, çex, türk, çin, yapon, Koreya və Polşa) dili dəstəkləyir. “Google”-dan xəbərdarlıq edirlər ki, hələlik yenilik təcrübi rejimdə işləyir, ona görə də qeyri-dəqiq tərcümə ehtimalı mümkündür.





Baxış sayı: 2365

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024