12px13px15px17px
Tarix:30/11/17

“Bakutel 2017” çərçivəsində V Regional İnternet İdarəçilik Forumu keçiriləcək

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə XXIII "Bakutel" informasiya-kommunikasiya texnologiyaları sərgisi çərçivəsində V Regional İnternet İdarəçilik Forumu keçiriləcək.
 
Forum dekabrın 7-də "İnnovasiya və Tərəqqinin Açarı İnternet" devizi altında təşkil olunacaq.
 
Tədbirin keçirilməsində əsas məqsəd innovativ, rəqabət qabiliyyətli iqtisadiyyatın inkişafının stimullaşdırılması, elektron iştirak və Açıq Hökumət üzrə  Azərbaycanın potensialının artırılmasına töhfə verməkdir. Eyni zamanda  İKT sektorunun yerli təmsilçilərini beynəlxalq mütəxəssislərlə görüşdürmək, təcrübə mübadiləsi  və birgə səmərəli əməkdaşlığa təşviq etməkdir.
 
Tədbirdə müxtəlif ölkələrdən hökumət, biznes, elm və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edəcək. İnternetlə bağlı aktual məsələlər və perspektivlər müzakirə ediləcək.
 
"V Regional İnternet İdarəçilik Forumu Azərbaycan"da (RİFAZ 2017) iştirak üçün qeydiyyatdan keçmək lazımdır.  Qeydiyyat üçün http://www.rigf.az saytına keçid edə bilərsiniz. Məlumat üçün bildirək ki, sayt bu il texniki standartlara uyğun olaraq yenilənib. 






Baxış sayı: 695

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024