12px13px15px17px
Tarix:06/12/17

“E-hökumət, E-iştirak və Açıq hökumət üzrə milli potensialın inkişaf etdirilməsi”nə dair seminar keçirilib

XXIII “Bakutel” informasiya-kommunikasiya texnologiyaları sərgisi çərçivəsində     “E-hökumət, E-iştirak və Açıq hökumət üzrə milli potensialın inkişaf etdirilməsi”nə  dair seminar keçirilib.
 
Seminar Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi və ADA Universiteti  ilə birgə təşkil olunub.
 
Seminarın keçirilməsində məqsəd dövlət qulluqçularına “E-hökumət, E-iştirak və Açıq hökumət” üzrə milli potensialın inkişaf etdirilməsi, təkmilləşdirilməsi və bu sahədə beynəlxalq təcrübə barədə ətraflı məlumat verməkdir.
 
Seminar çərçivəsində dövlət qulluqçularına nəzəri və praktiki biliklərinin artırılması, ölkəmizdə dövlət qurumlarının bu istiqamətdə işlərinin daha da gücləndirilməsi üçün BMT-nin sahə üzrə beynəlxalq ekspertləri tərəfindən tövsiyələr verilib.
 
Dövlət qulluqçuları təlimdə “Elektron hökumətə hazırlığın ölçülmə və qiymətləndirmə metodu (METER) və “Vətəndaşların cəlb olunma səviyyəsinin və e-iştirakın ölçülməsi metodu” (METEP) üzrə potensialın artırılması istiqamətləri üzrə məlumatlar əldə ediblər.
 
Bundan başqa, seminar çərçivəsində açıq hökümət, sosial media və kibertəhlükəsizlik məsələləri ilə də bağlı beynəlxalq standartlar barədə məlumat verilib.
 
Ekspertlər hesab edir ki, seminar çərçivəsində əldə olunan biliklər növbəti illərdə BMT-nin “Elektron Hökumət Hesabatı”nda (E-government Survey) Azərbaycanın reytinqinin yüksəlməsi istiqamətində mühüm rol oynayacaq.




Baxış sayı: 457

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024