Tarix:12/12/17
"İnternet böyüklər üçün hazırlanmışdı, amma indi daha çox uşaq və gənclər internetdən istifadə edirlər. Rəqəmli texnologiyalar onların həyatına və gələcəyinə çox böyük təsir edir. Bu baxımdan rəqəmli dünyanın inkişafı zamanı uşaqların ehtiyacını, onların təsəvvürünü və fikrini nəzərə almaq lazımdır" – YUNİSEF-in icraçı direktoru Entoni Leyk deyib.
"ICTnews" Elektron Xəbər Xidməti "un.org" saytına istinadən yazır ki, indi hər üçüncü internet istifadəçisi uşaqlardır. İnternetdə öz vaxtının böyük hissəsini keçirən uşaqların sayı artmaqdadır. Onlar internetdə biliklərə yiyələnir, oyun oynayır və bir-biri ilə ünsiyyət saxlayırlar.
Amma indiyədək internetə çıxış bir çoxları üçün əlçatmaz olaraq qalır. Hazırda dünyada 346 milyon uşağın internetə çıxış imkanı yoxdur. Afrikada 5 uşaqdan 3-nün, Avropada isə 25-dən yalnız 1-nin internetə çıxışı yoxdur. Bundan başqa, internetdə yerləşdirilmiş məzmunun 56%-i ingilis dilindədir.
Hesabatda yalnız rəqəmli texnologiyaların uşaqların rifahına təsiri barədə deyil, həm də güclənən rəqəmli "asılılıq" və ekran qarşısında keçirilən vaxtın beynin inkişafına mümkün təsiri haqda informasiya öz əksini tapıb.
Hesabat müəllifləri internetin fərdi informasiyaya çıxışı təmin etdiyi barədə xəbərdarlıq edirlər. Yeni texnologiyalar uşaqların istismarı və onlar üzərində təhqiredici hərəkətlərlə bağlı materialların yaradılması və yayılmasını asanlaşdırır. Bir çox uşaq internetdə təhqirlərin qurbanı olur. Mobil telefonların yaradılması valideynlərin internetdə uşaqların davranışına nəzarətini çətinləşdirir.
Emil Hüseynov
İnternet uşaqların ehtiyacına uyğunlaşdırılmayıb
İnternet uşaqlar üçün böyük imkanlar açır. Lakin dünyada oğlan və qızların 33%-i internetdən istifadə imkanına malik deyil. Bu haqda BMT-nin Uşaq Fondunun (YUNİSEF) hesabatında deyilir. Hesabatın müəllifləri rəqəmli məkanda uşaqların həyatını, yeni texnologiyaların üstünlüklərini, həmçinin təhlükələri araşdırıblar. Onların qənaətincə, internet platformaları uşaqların ehtiyacına uyğunlaşdırılmayıb, eyni zamanda hər üçüncü internet istifadəçisi məhz uşaqlardır."İnternet böyüklər üçün hazırlanmışdı, amma indi daha çox uşaq və gənclər internetdən istifadə edirlər. Rəqəmli texnologiyalar onların həyatına və gələcəyinə çox böyük təsir edir. Bu baxımdan rəqəmli dünyanın inkişafı zamanı uşaqların ehtiyacını, onların təsəvvürünü və fikrini nəzərə almaq lazımdır" – YUNİSEF-in icraçı direktoru Entoni Leyk deyib.
"ICTnews" Elektron Xəbər Xidməti "un.org" saytına istinadən yazır ki, indi hər üçüncü internet istifadəçisi uşaqlardır. İnternetdə öz vaxtının böyük hissəsini keçirən uşaqların sayı artmaqdadır. Onlar internetdə biliklərə yiyələnir, oyun oynayır və bir-biri ilə ünsiyyət saxlayırlar.
Amma indiyədək internetə çıxış bir çoxları üçün əlçatmaz olaraq qalır. Hazırda dünyada 346 milyon uşağın internetə çıxış imkanı yoxdur. Afrikada 5 uşaqdan 3-nün, Avropada isə 25-dən yalnız 1-nin internetə çıxışı yoxdur. Bundan başqa, internetdə yerləşdirilmiş məzmunun 56%-i ingilis dilindədir.
Hesabatda yalnız rəqəmli texnologiyaların uşaqların rifahına təsiri barədə deyil, həm də güclənən rəqəmli "asılılıq" və ekran qarşısında keçirilən vaxtın beynin inkişafına mümkün təsiri haqda informasiya öz əksini tapıb.
Hesabat müəllifləri internetin fərdi informasiyaya çıxışı təmin etdiyi barədə xəbərdarlıq edirlər. Yeni texnologiyalar uşaqların istismarı və onlar üzərində təhqiredici hərəkətlərlə bağlı materialların yaradılması və yayılmasını asanlaşdırır. Bir çox uşaq internetdə təhqirlərin qurbanı olur. Mobil telefonların yaradılması valideynlərin internetdə uşaqların davranışına nəzarətini çətinləşdirir.
Emil Hüseynov
Baxış sayı: 604
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib