



“Gənclər üçün Elektron Hökumət” müsabiqəsinin mükafat fondu elan edildi

Müsabiqə "Elektron Hökumət" portalını – www.e-gov.az gənclərin geniş auditoriyasına tanıtmağa və gənclərin "Elektron hökumət" həllərindən istifadə imkanlarını genişləndirməyə şərait yaradır.
""Elektron Hökumət"in təbliği üzrə ən yaxşı hüquqi şəxs", eləcə də, "Region gəncləri arasında "Elektron hökumət" həllərinin istifadəsini təbliğ edən ən yaxşı təşkilat" nominasiyaları üzrə qaliblər 6 ay müddəti üçün pulsuz internet xidmətindən istifadə imkanı qazanacaq.
""Elektron Hökumət"in təbliği üzrə ən yaxşı fərdi şəxs" və "Dövlət xidmətlərinin elektronlaşdırılması və "Elektron Hökumət" portalının inkişafı üzrə ən yaxşı təklif" nominasiyalarının qalibləri isə 500 manat pul mükafatı əldə edəcəklər.
Müsabiqə qaliblərinə digər hədiyyələr, sertifikat və rəmzi mükafatlar təqdim olunacaq. Sənədlərin qəbulu dekabrın 20-nə qədər davam etdiriləcək. İştirak etmək üçün buradan qeydiyyatdan keçə bilərsiniz.
Müsabiqə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, bir sıra aparıcı gənclər təşkilatları tərəfindən dəstəklənir. Müsabiqə Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Məlumat Hesablama Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir, qaliblər dekabrın 26-da keçiriləcək "Gənclər üçün Elektron Hökumət" konfransında elan ediləcək.
Daha ətraflı məlumatı bu keçiddən əldə etmək olar.
Baxış sayı: 297
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Sony” şirkəti “Xperia Z Ultra” planşetofonunu təqdim edib (VİDEO)
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Androidin bazardakı payı azalıb
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib