Tarix:19/12/17
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin gözləntilərinə görə, 2021-ci ilədək dünya ÜDM-nin (Ümumi Daxili Məhsul) 50%-i rəqəmli texnologiyalarla bağlı olacaq. Şirkətlərin investisiya cəlbediciliyi platforma və ekosistemlərin tətbiqi, məlumatların dəyəri və müştərilərin cəlb edilmə dərəcəsindən asılı olacaq.
Analitiklər hesab edirlər ki, 3 il sonra şirkətlərin 60%-i rəqəmli transformasiya strategiyasına malik olacaq.
“IDC”-nin növbəti proqnozuna görə, 2021-ci ilədək “bulud” xidmətlərinə, həmçinin onların genişlənməsi üçün infrastrukturlara qlobal xərclərin həcmi 2 dəfə artaraq 530 milyard dolları ötəcək. Biznes seqmenti 90% halda bir neçə “bulud” servisindən istifadə edəcək.
2019-cu ilədək rəqəmli transformasiya layihələrinin 40%-i və korporativ proqram təminatının 75%-i süni intellektlə bağlı xidmətlərdən istifadə edəcəklər. İstehlakçıların 90%-dən çoxu çat-botlara müraciət edəcək və sənaye robotlarının 50%-dən çoxu süni intellekt sistemlərinə qoşulacaq.
Gözləntilərə görə, 2021-ci ilədək dünyada mövcud olan nəhəng şirkətlərin 25%-i blokçeyn xidmətlərdən istifadə edəcək. Həmçinin aparıcı bankların 25%-i, istehsal şirkətlərinin 30%-i və tibb təşkilatlarının 20%-i bu xidmətdən yararlanacaq.
Emil Hüseynov
Nüfuzlu analitik şirkət İT bazarı üzrə proqnoz tərtib edib
“IDC”-nin analitikləri 2018-ci və sonrakı illər üzrə informasiya texnologiyaları (İT) bazarında əsas tendensiyalarla bağlı proqnoz tərtib ediblər.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin gözləntilərinə görə, 2021-ci ilədək dünya ÜDM-nin (Ümumi Daxili Məhsul) 50%-i rəqəmli texnologiyalarla bağlı olacaq. Şirkətlərin investisiya cəlbediciliyi platforma və ekosistemlərin tətbiqi, məlumatların dəyəri və müştərilərin cəlb edilmə dərəcəsindən asılı olacaq.
Analitiklər hesab edirlər ki, 3 il sonra şirkətlərin 60%-i rəqəmli transformasiya strategiyasına malik olacaq.
“IDC”-nin növbəti proqnozuna görə, 2021-ci ilədək “bulud” xidmətlərinə, həmçinin onların genişlənməsi üçün infrastrukturlara qlobal xərclərin həcmi 2 dəfə artaraq 530 milyard dolları ötəcək. Biznes seqmenti 90% halda bir neçə “bulud” servisindən istifadə edəcək.
2019-cu ilədək rəqəmli transformasiya layihələrinin 40%-i və korporativ proqram təminatının 75%-i süni intellektlə bağlı xidmətlərdən istifadə edəcəklər. İstehlakçıların 90%-dən çoxu çat-botlara müraciət edəcək və sənaye robotlarının 50%-dən çoxu süni intellekt sistemlərinə qoşulacaq.
Gözləntilərə görə, 2021-ci ilədək dünyada mövcud olan nəhəng şirkətlərin 25%-i blokçeyn xidmətlərdən istifadə edəcək. Həmçinin aparıcı bankların 25%-i, istehsal şirkətlərinin 30%-i və tibb təşkilatlarının 20%-i bu xidmətdən yararlanacaq.
Emil Hüseynov
Baxış sayı: 528
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır