Tarix:21/12/17
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, korporasiya bununla bağlı konkret səbəb göstərməyib və yalnız qeyd edib ki, proqram "unikal və fərqləndirici" olmalıdır: "Biz “Google Chrome” quraşdırıcısını “Microsoft Store” mağazasından sildik, çünki proqram mağazamızın siyasətinə uyğun deyil". “Google” şirkəti bu vəziyyətlə bağlı hər hansı şərh verməyib.
“Microsoft” şirkəti cari ilin mayında “Windows 10 S” sisteminin yeni versiyasını təqdim edib. Sistem bir sıra məhdudiyyətlərə malikdir. Məsələn, standart brauzerin dəyişdirilməsinə qadağa qoyulub. Bundan başqa, yeni proqramları yalnız “Microsoft Store” proqramlar mağazası vasitəsilə yükləmək mümkündür.
Emil Hüseynov
“Microsoft” şirkəti “Google Chrome” brauzerini quraşdırmağı qadağan edib
“Microsoft” korporasiyası “Google Chrome” quraşdırıcısını öz proqramlar mağazasından silib. Beləliklə, “Windows 10 S” istifadəçiləri sözügedən brauzerdən istifadə edə bilməyəcəklər.“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, korporasiya bununla bağlı konkret səbəb göstərməyib və yalnız qeyd edib ki, proqram "unikal və fərqləndirici" olmalıdır: "Biz “Google Chrome” quraşdırıcısını “Microsoft Store” mağazasından sildik, çünki proqram mağazamızın siyasətinə uyğun deyil". “Google” şirkəti bu vəziyyətlə bağlı hər hansı şərh verməyib.
“Microsoft” şirkəti cari ilin mayında “Windows 10 S” sisteminin yeni versiyasını təqdim edib. Sistem bir sıra məhdudiyyətlərə malikdir. Məsələn, standart brauzerin dəyişdirilməsinə qadağa qoyulub. Bundan başqa, yeni proqramları yalnız “Microsoft Store” proqramlar mağazası vasitəsilə yükləmək mümkündür.
Emil Hüseynov
Baxış sayı: 639
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib