Tarix:17/10/11
RİTN-in poçt sektorunun müdiri Novruz Məmmədovun verdiyi məlumata görə, artıq cənub bölgəsində lazımi avadanlıqlar quraşdırılaraq, bu avadanlıqların infrastruktura uyğun olaraq sazlanması və proqram təminatının yüklənməsi işləri həyata keçirilib.
N.Məmmədov bildirib ki, vətəndaşlara yüksək səviyyədə və operativ olaraq xidmət işini yerinə yetirmək məqsədi ilə MHM tərəfindən “Azərpoçt” MMC-nin mütəxəssislərinə davamlı olaraq treninqlər keçirilir.
“Treninqdə iştirak edən iştirakçılara təlim materialları (videomaterial) və tədris vəsaitləri (QM operatorları üçün hazırlanmış təlimatlar, vətəndaşlardan tələb olunan və onlara verilən sənədlərin nümunələri və s. ) təqdim edilir. Filiallarda bu işləri 1 dekabradək başa çatdıracağıq”.
N.Məmmədov əlavə edib ki, qeydiyyat mərkəzlərinə müraciət edən hər bir vətəndaş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq şəxsiyyət vəsiqəsini, hüquqi şəxs və ya dövlət qulluqçusu olduqda qanunvericiliyə müvafiq digər sənədləri (hüquqi və fiziki şəxs, həmçinin sahibkarlar üçün nəzərdə tutulmuş etibarnamə, elektron imza sertifikatının alınmasına müraciət olunan işçilərin siyahısı, təşkilatın nizamnaməsi, dövlət qeydiyyatından keçməsi haqqında şəhadətnamə, Dövlət reyestrindən çıxarış, vergi ödəyicisinin qeydiyyatı haqqında bildiriş və digər qeydiyyat sənədlərini) təqdim edir.
Sənədlər Qeydiyyat Mərkəzi operatorları tərəfindən diqqətlə yoxlanıldıqdan və xidmət haqqı vətəndaş tərəfindən ödənildikdən sonra hər bir vətəndaşın adına ərizə formalaşdırılır və “e-imza” təqdim edilir.
Onu da bildirək ki, bütün filiallarda bu işləri 1 dekabradək başa çatdıracağıq. Xatırladaq ki, Azərbaycan Respublikası vətəndaşlarının “e-imza”dan istifadəsini asanlaşdırmaq məqsədilə “www.e-imza.az” saytı da istifadəçilərin ixtiyarına verilib.
Regionlarda “e-imza”nın verilməsinə başlanılıb
Azərbaycan Respublikası vətəndaşlarına, hüquqi və fiziki şəxslərə, dövlət qulluqçularına elektron imza sertifikatlarını vermək üçün Məlumat Hesablama Mərkəzi “Azərpoçt” MMC ilə birlikdə Bakının ardınca regionlarda Poçt Filiallarının Müştəri xidmətləri şöbəsində Qeydiyyat mərkəzlərinin yaradılmasına başlayıb.RİTN-in poçt sektorunun müdiri Novruz Məmmədovun verdiyi məlumata görə, artıq cənub bölgəsində lazımi avadanlıqlar quraşdırılaraq, bu avadanlıqların infrastruktura uyğun olaraq sazlanması və proqram təminatının yüklənməsi işləri həyata keçirilib.
N.Məmmədov bildirib ki, vətəndaşlara yüksək səviyyədə və operativ olaraq xidmət işini yerinə yetirmək məqsədi ilə MHM tərəfindən “Azərpoçt” MMC-nin mütəxəssislərinə davamlı olaraq treninqlər keçirilir.
“Treninqdə iştirak edən iştirakçılara təlim materialları (videomaterial) və tədris vəsaitləri (QM operatorları üçün hazırlanmış təlimatlar, vətəndaşlardan tələb olunan və onlara verilən sənədlərin nümunələri və s. ) təqdim edilir. Filiallarda bu işləri 1 dekabradək başa çatdıracağıq”.
N.Məmmədov əlavə edib ki, qeydiyyat mərkəzlərinə müraciət edən hər bir vətəndaş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq şəxsiyyət vəsiqəsini, hüquqi şəxs və ya dövlət qulluqçusu olduqda qanunvericiliyə müvafiq digər sənədləri (hüquqi və fiziki şəxs, həmçinin sahibkarlar üçün nəzərdə tutulmuş etibarnamə, elektron imza sertifikatının alınmasına müraciət olunan işçilərin siyahısı, təşkilatın nizamnaməsi, dövlət qeydiyyatından keçməsi haqqında şəhadətnamə, Dövlət reyestrindən çıxarış, vergi ödəyicisinin qeydiyyatı haqqında bildiriş və digər qeydiyyat sənədlərini) təqdim edir.
Sənədlər Qeydiyyat Mərkəzi operatorları tərəfindən diqqətlə yoxlanıldıqdan və xidmət haqqı vətəndaş tərəfindən ödənildikdən sonra hər bir vətəndaşın adına ərizə formalaşdırılır və “e-imza” təqdim edilir.
Onu da bildirək ki, bütün filiallarda bu işləri 1 dekabradək başa çatdıracağıq. Xatırladaq ki, Azərbaycan Respublikası vətəndaşlarının “e-imza”dan istifadəsini asanlaşdırmaq məqsədilə “www.e-imza.az” saytı da istifadəçilərin ixtiyarına verilib.
Baxış sayı: 1502
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı