Tarix:12/01/18
Layihə çərçivəsində növbəti təlimlərə İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin dəstəyi ilə 12 yanvardan etibarən start verilib. Bakı Biznes Tədris Mərkəzində keçirilən tədbirdə layihə haqqında iştirakçılara məlumat verilib və layihənin növbəti mərhələsinin gənc sahibkarlar üçün keçirildiyi qeyd edilib.
Növbəti təlimlər Elektron Hökumət Təlim-Tədris Mərkəzinin Bakı və regional təlim mərkəzlərində davam etdiriləcəkdir. Təlimlər ölkənin 4 regionunu (Mingəçevir, Qazax, Göyçay və Şəki) əhatə edir. Təlimlərin keçirilməsində əsas məqsəd gənc sahibkarlar, gənclər təşkilatları və fərdi gənclərin ən çox istifadə etdiyi elektron xidmətlər üzrə biliklərinin artırılmasıdır.
Təlimlər 3 gündən ibarət olub, 6 mövzunu əhatə edir:
“İnformasiya cəmiyyətinin təməli: Gənclər və Elektron Hökumət” layihəsi üzrə təlimlərə start verilib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilati dəstəyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Elektron Hökumət Təlim-Tədris Mərkəzinin və Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiyasiyasının birgə təşkilatçılığı ilə “İnformasiya Cəmiyyətinin Təməli: Gənclər və Elektron Hökumət” layihəsi davam etdirilir.Layihə çərçivəsində növbəti təlimlərə İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin dəstəyi ilə 12 yanvardan etibarən start verilib. Bakı Biznes Tədris Mərkəzində keçirilən tədbirdə layihə haqqında iştirakçılara məlumat verilib və layihənin növbəti mərhələsinin gənc sahibkarlar üçün keçirildiyi qeyd edilib.
Növbəti təlimlər Elektron Hökumət Təlim-Tədris Mərkəzinin Bakı və regional təlim mərkəzlərində davam etdiriləcəkdir. Təlimlər ölkənin 4 regionunu (Mingəçevir, Qazax, Göyçay və Şəki) əhatə edir. Təlimlərin keçirilməsində əsas məqsəd gənc sahibkarlar, gənclər təşkilatları və fərdi gənclərin ən çox istifadə etdiyi elektron xidmətlər üzrə biliklərinin artırılmasıdır.
Təlimlər 3 gündən ibarət olub, 6 mövzunu əhatə edir:
- www.e-gov.az portalı haqqında giriş;
- E-imza istifadəsinin texniki və hüquqi aspektləri;
- Məcburi dövlət sosial sığortası hesabatların təqdim edilməsi e-xidməti;
- Vergilər sahəsi üzrə e-xidmətlər;
- Statistika üzrə e-xidmətlər;
- Gömrük bəyannamələrinin və hesabatların yerinə yetirilməsi üzrə e-xidmətlər.
Baxış sayı: 580
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır