Tarix:13/01/18
“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, analitiklərin sözlərinə görə, bütün sahələrdə fəaliyyət göstərən şirkətlər üçüncü platforma texnologiyalarına aktiv investisiyalar yatırırlar.
Qeyd olunur ki, 2018-ci ildə ən çox vəsait rabitə və informasiya texnologiyaları xidmətlərinin ödənişinə və korporativ sinfə aid proqram və avadanlığın alışına xərclənəcək. Rabitəyə investisiya qoyuluşu əməliyyat modelinin və qarşılıqlı fəaliyyət metodlarının transformasiyasının vacib olduğu sahələrin şirkətləri üçün əhəmiyyət kəsb edir. İlk növbədə informasiya transformasiyası ilə məşğul olan şirkətlər isə daha çox İT xidmətlərinə və avadanlıqlara investisiyalar yatırırlar.
Nizam Nuriyev
Rəqəmli transformasiya texnologiyaları bazarında 1,3 trilyon dollaradək artım gözlənilir
“IDC” analitik şirkəti 2018-ci ildə dünyada rəqəmli transformasiya texnologiyaları layihələri üçün nəzərdə tutulan avadanlıq, proqram təminatı və xidmətlərin satış həcminin 2017-ci illə müqayisədə 16,8 faiz artaraq 1,3 trilyon dollara çatacağını, 2021-ci ilədək isə 2,1 trilyon dollar təşkil edəcəyini proqnozlaşdırır. Bu məbləğin 662 milyard dollarının hazırkı fəaliyyətin səmərəliliyini artıracaq yeni və modifikasiya edilmiş əməliyyat modellərinin həyata keçirilməsi üçün tələb olunan texnologiyaların alışına, 326 milyard dolların müştəri, tərəfdaş, əməkdaş və əşyalar arasında interaktiv əlaqə sahəsində innovasiyaların dəstəklənməsi texnologiyalarına, 240 milyard dolların qərarların qəbulu, işin optimallaşdırılması və yeni mal və xidmətlərin yaradılması üçün faydalı informasiyanın alınmasına sərf olunacağı gözlənilir.“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, analitiklərin sözlərinə görə, bütün sahələrdə fəaliyyət göstərən şirkətlər üçüncü platforma texnologiyalarına aktiv investisiyalar yatırırlar.
Qeyd olunur ki, 2018-ci ildə ən çox vəsait rabitə və informasiya texnologiyaları xidmətlərinin ödənişinə və korporativ sinfə aid proqram və avadanlığın alışına xərclənəcək. Rabitəyə investisiya qoyuluşu əməliyyat modelinin və qarşılıqlı fəaliyyət metodlarının transformasiyasının vacib olduğu sahələrin şirkətləri üçün əhəmiyyət kəsb edir. İlk növbədə informasiya transformasiyası ilə məşğul olan şirkətlər isə daha çox İT xidmətlərinə və avadanlıqlara investisiyalar yatırırlar.
Nizam Nuriyev
Baxış sayı: 1171
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır