12px13px15px17px
Tarix:24/01/18

2017-ci ildə “Elektron hökumət” portalının xidmətlərindən ən çox istifadə olunan qurumlar bəlli oldu

2017-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) operatoru olduğu "Elektron hökumət" portalı üzərindən elektron xidmətlərə müraciət edənlərin sayı 23 milyondan çox olub.

Bu müddət ərzində "Elektron hökumət" portalı üzərindən xidmətlərinə ən çox müraciət olunan 10 qurum aşağıdakılardır:

·         Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 9 341 135
·         Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 8 327 251
·         Dövlət İmtahan Mərkəzi 3 173 948
·         Dövlət Gömrük Komitəsi 961 392
·         "Azərsu" ASC 347 243
·         Əmlak Məsələləri Dövlət Komitəsi 103 965
·         Daxili İşlər Nazirliyi 96 568
·         Ədliyyə Nazirliyi 58 253
·         Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi 54 417
·         Dövlət Miqrasiya Xidməti 52 053

Ötən il portalda qeydiyyatdan keçmiş istifadəçilərin sayı 200 minə yaxın olub, ümumilikdə isə portalda qeydiyyatdan keçmiş istifadəçilərin sayı 700 minə yaxındır.

Vətəndaşların marağına səbəb olan Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) "Güzəştli mənzil sistemi", "Elektron ipoteka sistemi" kimi bır sıra sosial xidmətlər də elektronlaşdırılaraq portala inteqrasiya olunub. Eyni zamanda, portal dövlət qurumları arasında məlumat mübadiləsini də həyata keçirir. Məlumat üçün qeyd edək ki, MİDA-nın "Güzəştli mənzil sistemi" üçün, 5 dövlət qurumu ilə 7 məlumat mübadiləsi, "Elektron ipoteka sistemi" üçün isə 5 dövlət qurumu ilə 16 məlumat mübadiləsi aparılır.

2017-ci il ərzində "Elektron hökumət" portalına 41 yeni elektron xidmət inteqrasiya edilib. Bununla da hazırda portalda olan e-xidmətlərin sayı ümumilikdə 442-ə çatdırılıb.

"Elektron hökumət" portalı tərəfindən təqdim olunan e-xidmətlərdən vətəndaşlarımızın daha çox və səmərəli şəkildə faydalanmaları məqsədilə MHM və Nazirliyin Elektron-Hökumət Təlim Tədris Mərkəzi tərəfindən Bakı şəhərində və regionlarda mütəmadi olaraq həyata keçirilən maarifləndirmə, təbliğat-təşviqat tədbirləri, müsabiqələr və kampaniyalar 2017-ci ildə də davam etdirilib.




Baxış sayı: 469

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024