Tarix:25/01/18
"Baktelecom" tərəfindən son nəsil simsiz rabitə (LTE) texnologiyasının tətbiqi zəif infrastrukturlu ərazilərdə telekommunikasiya xidmətlərinin təmin edilməsinə imkan yaradır. Belə ki, 100 mb/s məlumat ötürmə sürətinə malik olan LTE ən perspektivli simsiz texnologiyalardan biri hesab olunur. Artıq Bakının 2 ərazisində bu texnologiya pilot layihə şəklində uğurla həyata keçirilir. Paytaxt ətrafı kənd və yaşayış massivlərində də yeni stansiyalar qurulur. Beləliklə, cari ilin mart ayından rabitə infrastrukturunun məhdud olduğu ərazilərin sakinləri internet və digər rabitə xidmətləri ilə təmin olunacaqlar.
Digər layihə istifadəçiləri yüksəksürətli internetlə təmin etmək imkanı yaradan GPON texnologiyasının tətbiqidir. "Baktelecom" genişzolaqlı şəbəkənin əhatə dairəsini genişləndirmək məqsədilə bu texnologiya ilə 30 minə yaxın mənzildə müvafiq infrastruktur yaradıb, 5000-ə yaxın mənzil isə GPON texnologiyası əsasında rabitə xidmətləri ilə təmin olunub.
Müasir texnologiyaların tətbiqi istiqamətində görülən işlər əhaliyə fasiləsiz və dayanıqlı telekommunikasiya xidmətlərinin göstərilməsini mümkün edəcək.
“Baktelecom” paytaxtda genişzolaqlı şəbəkənin əhatə dairəsini genişləndirir
"Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi və xidmət çeşidinin genişləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirir."Baktelecom" tərəfindən son nəsil simsiz rabitə (LTE) texnologiyasının tətbiqi zəif infrastrukturlu ərazilərdə telekommunikasiya xidmətlərinin təmin edilməsinə imkan yaradır. Belə ki, 100 mb/s məlumat ötürmə sürətinə malik olan LTE ən perspektivli simsiz texnologiyalardan biri hesab olunur. Artıq Bakının 2 ərazisində bu texnologiya pilot layihə şəklində uğurla həyata keçirilir. Paytaxt ətrafı kənd və yaşayış massivlərində də yeni stansiyalar qurulur. Beləliklə, cari ilin mart ayından rabitə infrastrukturunun məhdud olduğu ərazilərin sakinləri internet və digər rabitə xidmətləri ilə təmin olunacaqlar.
Digər layihə istifadəçiləri yüksəksürətli internetlə təmin etmək imkanı yaradan GPON texnologiyasının tətbiqidir. "Baktelecom" genişzolaqlı şəbəkənin əhatə dairəsini genişləndirmək məqsədilə bu texnologiya ilə 30 minə yaxın mənzildə müvafiq infrastruktur yaradıb, 5000-ə yaxın mənzil isə GPON texnologiyası əsasında rabitə xidmətləri ilə təmin olunub.
Müasir texnologiyaların tətbiqi istiqamətində görülən işlər əhaliyə fasiləsiz və dayanıqlı telekommunikasiya xidmətlərinin göstərilməsini mümkün edəcək.
Baxış sayı: 532
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib