Tarix:18/10/11
Prezident Kitabxanasından verilən məlumata görə, elektron resursun “Ümumi məlumat” adlanan birinci fəsli “Azərbaycan bu gün” və dövlətçilik tariximizi özündə əks etdirən “Müstəqilliyə qədərki tarixin qısa xülasəsi” adlanan bölmələrdən ibarətdir.
“Müstəqil Azərbaycan” adlanan 2-ci fəsil “Dövlət müstəqilliyinin bərpası və qorunub saxlanılması”, “Dövlət hakimiyyəti və milli təhlükəsizliyin təminat sistemi”, “Hüquqi dövlət quruculuğu”, “Azərbaycan beynəlxalq arenada” bölmələrindən ibarətdir. “Sosial-iqtisadi inkişaf” adlanan 3-cü fəsildə ötən müddət ərzində ölkəmizdə bu sahədə görülən işlərə aid analitik materiallar ayrı-ayrı sahələr üzrə əks etdirilmişdir.
Elektron resursun “Sənədlər” adlanan 4-cü fəslində dövlət müstəqilliyinin və dövlətçilik atributlarının bərpası, dövlət quruluşunun əsaslarına dair sənədlər (qanunlar, fərmanlar, sərəncamlar, qərarlar) toplanılıb.
“Müstəqilliyin ildönümlərinə aid materiallar” adlanan 5-ci fəsildə Azərbaycan Respublikası Pzezidentinin müstəqilliyin ildönümləri münasibətilə keçirilən tədbirlərdə etdiyi nitqlərin, çıxışların, müraciətlərin, imzaladığı fərman və sərəncamların mətnləri toplanılıb. Bu fəsildə, həmçinin Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərə aid materiallar öz əksini tapıb.
Resursun “Xronologiya” adlanan 6-cı fəslində kitabxananın əməkdaşları tərəfindən hazırlanan müstəqilliyə qədərki dövrdə və müstəqillik illərində baş verən mühüm hadisələrin xronologiyası ilk dəfə olaraq tam şəkildə istifadəçilərə təqdim edilir.
Bu fəsli izləyən hər bir istifadəçi XX əsrin 80-ci illərinin sonlarından etibarən Azərbaycanın üzləşdiyi bəlalar, Ermənistanın ölkəmizə ərazi iddiası və hərbi təcavüzü nəticəsində baş verən qanlı-qadalı hadisələr, müstəqilliyin ilk illərində meydana çıxan problemlər, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti haqqında xronoloji ardıclllıqla məlumat əldə edə biləcək.
“Elektron resurslar” adlanan 7-ci fəsil dövlət quruculuğunun müxtəlif sahələrini özündə əks etdirən kitabların və məqalələrin elektron versiyalarını özündə əks etdirir.
“Biblioqrafiya” fəslində istifadəçilərə kitabxananın fonduna daxil olan və müstəqil Azərbaycanın həyatının mühüm sahələrini əhatə edən kitabların, qəzet və jurnal məqalələrinin və avtoreferatların biblioqrafiyası təqdim edilir. Sonda təqdim edilən “Fotoxronika” müstəqil Azərbaycan Respublikasının keçdiyi tarixi yolu özündə əks etdirir.
Azərbaycan, rus və ingilis dillərində tərtib edilib Prezident Kitabxanasının “www.preslib.az” saytında yerləşdirilən “Azərbaycan Respublikası – 20” elektron resursunun müntəzəm olaraq yenilənməsi nəzərdə tutulur.
Yeni internet resurs hazırlanıb
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşları dövlət müstəqilliyimizin bərpasının 20 illiyi ilə əlaqədar 9 fəsildən ibarət “Azərbaycan Respublikası – 20” adlanan internet layihə - elektron resurs hazırlayıb.Prezident Kitabxanasından verilən məlumata görə, elektron resursun “Ümumi məlumat” adlanan birinci fəsli “Azərbaycan bu gün” və dövlətçilik tariximizi özündə əks etdirən “Müstəqilliyə qədərki tarixin qısa xülasəsi” adlanan bölmələrdən ibarətdir.
“Müstəqil Azərbaycan” adlanan 2-ci fəsil “Dövlət müstəqilliyinin bərpası və qorunub saxlanılması”, “Dövlət hakimiyyəti və milli təhlükəsizliyin təminat sistemi”, “Hüquqi dövlət quruculuğu”, “Azərbaycan beynəlxalq arenada” bölmələrindən ibarətdir. “Sosial-iqtisadi inkişaf” adlanan 3-cü fəsildə ötən müddət ərzində ölkəmizdə bu sahədə görülən işlərə aid analitik materiallar ayrı-ayrı sahələr üzrə əks etdirilmişdir.
Elektron resursun “Sənədlər” adlanan 4-cü fəslində dövlət müstəqilliyinin və dövlətçilik atributlarının bərpası, dövlət quruluşunun əsaslarına dair sənədlər (qanunlar, fərmanlar, sərəncamlar, qərarlar) toplanılıb.
“Müstəqilliyin ildönümlərinə aid materiallar” adlanan 5-ci fəsildə Azərbaycan Respublikası Pzezidentinin müstəqilliyin ildönümləri münasibətilə keçirilən tədbirlərdə etdiyi nitqlərin, çıxışların, müraciətlərin, imzaladığı fərman və sərəncamların mətnləri toplanılıb. Bu fəsildə, həmçinin Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərə aid materiallar öz əksini tapıb.
Resursun “Xronologiya” adlanan 6-cı fəslində kitabxananın əməkdaşları tərəfindən hazırlanan müstəqilliyə qədərki dövrdə və müstəqillik illərində baş verən mühüm hadisələrin xronologiyası ilk dəfə olaraq tam şəkildə istifadəçilərə təqdim edilir.
Bu fəsli izləyən hər bir istifadəçi XX əsrin 80-ci illərinin sonlarından etibarən Azərbaycanın üzləşdiyi bəlalar, Ermənistanın ölkəmizə ərazi iddiası və hərbi təcavüzü nəticəsində baş verən qanlı-qadalı hadisələr, müstəqilliyin ilk illərində meydana çıxan problemlər, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti haqqında xronoloji ardıclllıqla məlumat əldə edə biləcək.
“Elektron resurslar” adlanan 7-ci fəsil dövlət quruculuğunun müxtəlif sahələrini özündə əks etdirən kitabların və məqalələrin elektron versiyalarını özündə əks etdirir.
“Biblioqrafiya” fəslində istifadəçilərə kitabxananın fonduna daxil olan və müstəqil Azərbaycanın həyatının mühüm sahələrini əhatə edən kitabların, qəzet və jurnal məqalələrinin və avtoreferatların biblioqrafiyası təqdim edilir. Sonda təqdim edilən “Fotoxronika” müstəqil Azərbaycan Respublikasının keçdiyi tarixi yolu özündə əks etdirir.
Azərbaycan, rus və ingilis dillərində tərtib edilib Prezident Kitabxanasının “www.preslib.az” saytında yerləşdirilən “Azərbaycan Respublikası – 20” elektron resursunun müntəzəm olaraq yenilənməsi nəzərdə tutulur.
Baxış sayı: 1583
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib