12px13px15px17px
Tarix:01/02/18

“Azərpoçt”un plastik kartları ilə edilən onlayn alış-veriş daha ucuz başa gələcək

"Azərpoçt" MMC ilk dəfə "Debit MasterCard" ödəniş kartlarının emissiyasına başlayıb.

İlk etapda 20 min kartın personallaşdırılması nəzərdə tutulub.

"Debit MasterCard" - debit məhsulu olaraq, "MasterCard" Beynəlxalq Ödəniş Sistemi tərəfindən yaradılıb. Sistemin əsas üstünlüyü "Debit MasterCard"ın POS-terminallarda əməliyyatların həyata keçirilməsində elektron ticarət zamanı əməliyyatların icrasına imkan yaratmasıdır. Bu kartların texniki üstünlüyü isə  kontaktsız əməliyyatları dəstəkləməsidir. Bu tip kartlarla həyata keçirilən əməliyyatlar zamanı müştərilərin kart hesabına tətbiq olunan rüsumlar digər kart tiplərinə nisbətən daha ucuzdur.

Hər bir fiziki şəxs "Debit MasterCard" tipli ödəniş kartını əldə etmək üçün şəxsiyyətini təsdiq edən sənədlərlə "Azərpoçt" MMC-nin müştəri xidmətləri şöbələrinə müraciət edə bilər. Kartı əldə edən istənilən korporativ və fərdi müştəri üçün rüsumlar 1 illik - 10 AZN, 2 illik -18 AZN, 3 illik - 24 AZN təşkil edir.

"Azərpoçt" MMC ilə əməkhaqqı layihəsində iştirak edən müəssisələrin əməkdaşları üçün rüsumlar 1 illik - 8 AZN, 2 illik - 15 AZN, 3 illik - 21 AZN-dir.




Baxış sayı: 770

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024