Tarix:03/02/18
"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, əvvəlcə proqramdan yalnız Hindistan istifadəçiləri yararlana bilsələr də, hazırda Mərkəzi və Cənubi Amerika, Yaxın Şərq, Afrika və Asiyanın 130 ölkəsinin sakinləri onu yükləyərək "Android" sistemli smartfonlara quraşdırmaq imkanı əldə ediblər.
Məlumata görə, proqramın ümumilikdə adi "YouTube" əlavəsini xatırlatmasına baxmayaraq onun vasitəsilə istifadəçilər bəyəndikləri videoçarxları yükləyərək onları "Bluetooth" ilə dostlarla paylaşa bilərlər. Bundan başqa, video qurğunun yaddaşında saxlanılan zaman istifadəçi internet bağlantısının tipindən və smartfonun boş yaddaş tutumundan asılı olaraq yüksək və ya aşağı keyfiyyəti seçmək imkanına malik olacaq.
Qeyd edək ki, inkişaf etməkdə olan ölkələr üçün müxtəlif əlavələrin xüsusi versiyalarını digər şirkətlər də təqdim edir. Məsələn, 2016-cı ilin oktyabrında "Facebook" şirkəti eyniadlı messencerin sadələşdirilmiş versiyasını buraxıb, ötən ilin payızında isə istifadəçilər "Messenger Lite" adlı əlavədən yararlanmağa başlayıblar.
Nizam Nuriyev
“YouTube Go” əlavəsi 130 ölkədə istifadəyə verilib
"Google" şirkətinə məxsus "YouTube" servisi 2016-cı ilin sentyabrında inkişaf etməkdə olan ölkələrin istifadəçiləri üçün nəzərdə tutulan və internet trafikinə qənaət məqsədilə kontent yükləməyə imkan verən "YouTube Go" mobil əlavəsini təqdim edib."ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, əvvəlcə proqramdan yalnız Hindistan istifadəçiləri yararlana bilsələr də, hazırda Mərkəzi və Cənubi Amerika, Yaxın Şərq, Afrika və Asiyanın 130 ölkəsinin sakinləri onu yükləyərək "Android" sistemli smartfonlara quraşdırmaq imkanı əldə ediblər.
Məlumata görə, proqramın ümumilikdə adi "YouTube" əlavəsini xatırlatmasına baxmayaraq onun vasitəsilə istifadəçilər bəyəndikləri videoçarxları yükləyərək onları "Bluetooth" ilə dostlarla paylaşa bilərlər. Bundan başqa, video qurğunun yaddaşında saxlanılan zaman istifadəçi internet bağlantısının tipindən və smartfonun boş yaddaş tutumundan asılı olaraq yüksək və ya aşağı keyfiyyəti seçmək imkanına malik olacaq.
Qeyd edək ki, inkişaf etməkdə olan ölkələr üçün müxtəlif əlavələrin xüsusi versiyalarını digər şirkətlər də təqdim edir. Məsələn, 2016-cı ilin oktyabrında "Facebook" şirkəti eyniadlı messencerin sadələşdirilmiş versiyasını buraxıb, ötən ilin payızında isə istifadəçilər "Messenger Lite" adlı əlavədən yararlanmağa başlayıblar.
Nizam Nuriyev
Baxış sayı: 612
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib