12px13px15px17px
Tarix:19/10/11

“Blackberry” smartfon və planşetləri vahid əməliyyat sisteminə malik olacaqlar

“Research in Motion” (RİM) şirkəti “BlackBerry DevCon 2011” konfransında öz mobil qurğuları üçün əməliyyat sisteminin yeni versiyasını təqdim edib. Bu barədə “Reuters” bildirib.

Yeni platforma “BlackBerry BBX” adlanır. Kanada istehsalçısının həm smartfon, həm də planşetləri bu platforma ilə işləyə bilərlər. Bundan əvvəl “RİM BlackBerry” smartfonları və “PlayBook” planşetləri üçün 2 ayrı əməliyyat sistemi çıxarmışdı. “BlackBerry BBX” əsasını “QNX” platforması təşkil edəcək. “QNX” yaradıcısı olan “QNX Software Systems” şirkətini “RİM” 2010-cu ildə alıb.

“RİM” rəhbərindən biri Mayk Lazaridis yeni əməliyyat sistemi haqqında danışaraq bildirib ki, o, “BlackBerry OS 6 və 7” əməliyyat sistemlərinin xüsusiyyətlərinə varis olacaq. “BBX” ikiölçülü və üçölçülü qrafika ilə olan oyunları və “HTML5”-də hazırlanan proqramları dəstəkləyəcək.

“BlackBerry” brendinin ilk smartfonları 1999-cu ildə təqdim edilib. Hal-hazırda “RİM” populyarlığa görə “Android” və “iOS” əməliyyat sistemlərindən çox geri qalır. “StatCounter” xidmətinin məlumatına əsasən, “BlackBerry OS” ilə olan qurğuların payına bazarın 9,4 faizdən bir qədər çox hissəsi düşür.



Baxış sayı: 1306

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024