Tarix:21/02/18
"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, mütəxəssislərin qənaətinə görə, 2018-ci ildə intellektual şəhər infrastrukturunun yaradılması ilə bağlı təşəbbüslər üçün xərclər 80 milyard dollar təşkil edəcək. Gələcəkdə investisiyalar sürətlənərək 2021-ci ilədək dünyada onların həcmi 135 milyard dollara çatacaq.
Daha çox vəsait qoyuluşları cəlb edəcək strateji istiqamətlər arasında nəqliyyatın idarə edilməsi, ictimai təhlükəsizliyin, enerji sektorunun və digər şəhər infrastrukturunun fasiləsiz fəaliyyətinin təmin olunması üçün intellektual sistemlərin tətbiqi üzrə proqramlar sadalanıb.
Gözlənilir ki, "ağıllı şəhər" texnologiyalarından istifadə üzrə ən çox xərclər yol hərəkəti və şəhər daşımalarının idarə olunması, stasionar videomüşahidənin, intellektual küçə işıqlandırması və ətraf mühitin monitorinqinin təşkili üçün sistemlərin payına düşəcək.
Qeyd olunur ki, prioritetlər müxtəlif ölkələrdə fərqli ola bilər. Məsələn, ABŞ və Qərbi Avropada daha çox investisiyalar "ağıllı" nəqliyyat infrastrukturu sahəsində layihələr, Çində stasionar videomüşahidənin təşkili üzrə proqramlar üçün proqnozlaşdırılır. Yaponiyada isə daha çox diqqət ekoloji monitorinqə yetiriləcək.
Coğrafi baxımdan ən böyük "ağıllı şəhər" texnologiyaları bazarı ABŞ olacaq: 2018-ci ildə ölkənin müvafiq layihələrə təxminən 22 milyard dollar sərf edəcəyi gözlənilir. Bu baxımdan Çin 21 milyard dollar proqnozlaşdırılan investisiya məbləği ilə ikinci yerdə qərarlaşıb.
Ekspertlər qeyd edir ki, ABŞ və Çinin "ağıllı şəhər" layihələri üçün xərcləri təxminən eyni şəkildə artacaq: 2021-ci ilədək olan dövrdə illik orta hesabla 19 və 19,3 faiz.
Ən yüksək artım tempinə malik regionlara gəldikdə, bunlar Cənubi Amerika və Kanada olacaq. Burada müvafiq proqramlara xərclərin təxminən 28,7 və 22,5 faiz artacağı proqnozlaşdırılır.
Nizam Nuriyev
Bu il “ağıllı şəhər" texnologiyalarına investisiyalar 80 milyard dollara çatacaq
"Ağıllı şəhər" layihələrinin həyata keçirilməsi üçün artan marağın və texnologiyaların yayılmasının şahidi olan "IDC" analitik şirkəti bu perspektivli və sürətlə inkişaf edən bazar üçün ilk proqnoz dərc edib."ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, mütəxəssislərin qənaətinə görə, 2018-ci ildə intellektual şəhər infrastrukturunun yaradılması ilə bağlı təşəbbüslər üçün xərclər 80 milyard dollar təşkil edəcək. Gələcəkdə investisiyalar sürətlənərək 2021-ci ilədək dünyada onların həcmi 135 milyard dollara çatacaq.
Daha çox vəsait qoyuluşları cəlb edəcək strateji istiqamətlər arasında nəqliyyatın idarə edilməsi, ictimai təhlükəsizliyin, enerji sektorunun və digər şəhər infrastrukturunun fasiləsiz fəaliyyətinin təmin olunması üçün intellektual sistemlərin tətbiqi üzrə proqramlar sadalanıb.
Gözlənilir ki, "ağıllı şəhər" texnologiyalarından istifadə üzrə ən çox xərclər yol hərəkəti və şəhər daşımalarının idarə olunması, stasionar videomüşahidənin, intellektual küçə işıqlandırması və ətraf mühitin monitorinqinin təşkili üçün sistemlərin payına düşəcək.
Qeyd olunur ki, prioritetlər müxtəlif ölkələrdə fərqli ola bilər. Məsələn, ABŞ və Qərbi Avropada daha çox investisiyalar "ağıllı" nəqliyyat infrastrukturu sahəsində layihələr, Çində stasionar videomüşahidənin təşkili üzrə proqramlar üçün proqnozlaşdırılır. Yaponiyada isə daha çox diqqət ekoloji monitorinqə yetiriləcək.
Coğrafi baxımdan ən böyük "ağıllı şəhər" texnologiyaları bazarı ABŞ olacaq: 2018-ci ildə ölkənin müvafiq layihələrə təxminən 22 milyard dollar sərf edəcəyi gözlənilir. Bu baxımdan Çin 21 milyard dollar proqnozlaşdırılan investisiya məbləği ilə ikinci yerdə qərarlaşıb.
Ekspertlər qeyd edir ki, ABŞ və Çinin "ağıllı şəhər" layihələri üçün xərcləri təxminən eyni şəkildə artacaq: 2021-ci ilədək olan dövrdə illik orta hesabla 19 və 19,3 faiz.
Ən yüksək artım tempinə malik regionlara gəldikdə, bunlar Cənubi Amerika və Kanada olacaq. Burada müvafiq proqramlara xərclərin təxminən 28,7 və 22,5 faiz artacağı proqnozlaşdırılır.
Nizam Nuriyev
Baxış sayı: 578
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır