Tarix:05/03/18
"Dəyirmi masa"da İKT və nəqliyyat sahələrində fəaliyyət göstərən aparıcı Avstriya şirkətləri, o cümlədən illik büdcəsi 600 milyon avrodan çox olan və Avstriyanın startap layihələrinin maliyyələşdirilməsini həyata keçirən Avstriya Tədqiqatların Təşviqi Agentliyi, elektron hökumət və elektron imza həlləri üzrə Avropanın aparıcı şirkəti olan "Bit Media", yüksəktexnologiyalı işıqlandırma sistemləri üzrə ixtisaslaşmış "Polaroid", dayanacaq və dağ-xizək kompleksləri üzrə həllər təklif edən "Ski-DATA" və s. iştirak edib.
Görüş çərçivəsində Avstriyanın startapların təşviqi və ictimai nəqliyyatın tənzimlənməsi sahəsindəki təcrübəsi barədə geniş məlumat verilib və Azərbaycanla bu sahədə əməkdaşlıq imkanları müzakirə edilib.
Eyni zamanda, Avstriya şirkətlərinin ölkəmizdə həyata keçirilən layihələrdə iştirakı və investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Avstriya İqtisadiyyat Palatasının rəhbərliyi ilə özəl şirkətlərin nümayəndələrinin bu ilin may ayında Azərbaycana nəzərdə tutulan səfəri zamanı təfsilatlı təhlillərin aparılması və konkret layihələr üzrə danışıqlara başlanması razılaşdırılıb.
R.Quluzadə səfər çərçivəsində, həmçinin Vyananın Beynəlxalq Avtovağzal Kompleksini ziyarət edib və avtovağzalın fəaliyyəti ilə yerində tanış olub.
Məlumat verilib ki, illik sərnişin axını 700 minə yaxın olan Vyana "Erdberg" vağzalı Avropanın 600 nöqtəsinə sərnişin daşınmasını həyata keçirir. Ziyarət əsnasında bilet satışı, təhlükəsizlik, keçid və minik üçün istifadə olunan proqram təminatı barədə məlumat verilib.
Səfər zamanı Ramin Quluzadə Avstriya Texnologiya İnstitutu və Avropanın aparıcı İKT şirkəti olan "SAIL LABS TECH"-i də ziyarət edib. Müzakirələr zamanı "ağıllı şəhər", rəqəmsal təhlükəsizlik, insanların və məhsulların mobilliyi, enerji səmərəliliyi üzrə innovativ həllərin tətbiqinə dair əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Danışıqlar zamanı azərbaycanlı gənc startapçı və tədqiqatçıların Avstriyada təcrübə keçmələri, Avstriya mütəxəssislərinin iştirakı ilə Bakıda təlimlərin təşkili, birgə tədqiqat layihələrinin həyata keçirilməsi kimi məsələlər müzakirə mövzusu olub.
Ramin Quluzadə Avstriyanın İKT və nəqliyyat sektorundakı iri şirkətlərinin rəhbərləri ilə görüşüb
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Avstriyaya rəsmi səfəri çərçivəsində Avstriyanın Nəqliyyat və İnnovasiyalar Nazirliyinin və 500 min şirkətinin cəmləşdiyi İqtisadiyyat Palatasının birgə təşkil etdiyi "dəyirmi masa"da iştirak edib."Dəyirmi masa"da İKT və nəqliyyat sahələrində fəaliyyət göstərən aparıcı Avstriya şirkətləri, o cümlədən illik büdcəsi 600 milyon avrodan çox olan və Avstriyanın startap layihələrinin maliyyələşdirilməsini həyata keçirən Avstriya Tədqiqatların Təşviqi Agentliyi, elektron hökumət və elektron imza həlləri üzrə Avropanın aparıcı şirkəti olan "Bit Media", yüksəktexnologiyalı işıqlandırma sistemləri üzrə ixtisaslaşmış "Polaroid", dayanacaq və dağ-xizək kompleksləri üzrə həllər təklif edən "Ski-DATA" və s. iştirak edib.
Görüş çərçivəsində Avstriyanın startapların təşviqi və ictimai nəqliyyatın tənzimlənməsi sahəsindəki təcrübəsi barədə geniş məlumat verilib və Azərbaycanla bu sahədə əməkdaşlıq imkanları müzakirə edilib.
Eyni zamanda, Avstriya şirkətlərinin ölkəmizdə həyata keçirilən layihələrdə iştirakı və investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Avstriya İqtisadiyyat Palatasının rəhbərliyi ilə özəl şirkətlərin nümayəndələrinin bu ilin may ayında Azərbaycana nəzərdə tutulan səfəri zamanı təfsilatlı təhlillərin aparılması və konkret layihələr üzrə danışıqlara başlanması razılaşdırılıb.
R.Quluzadə səfər çərçivəsində, həmçinin Vyananın Beynəlxalq Avtovağzal Kompleksini ziyarət edib və avtovağzalın fəaliyyəti ilə yerində tanış olub.
Məlumat verilib ki, illik sərnişin axını 700 minə yaxın olan Vyana "Erdberg" vağzalı Avropanın 600 nöqtəsinə sərnişin daşınmasını həyata keçirir. Ziyarət əsnasında bilet satışı, təhlükəsizlik, keçid və minik üçün istifadə olunan proqram təminatı barədə məlumat verilib.
Səfər zamanı Ramin Quluzadə Avstriya Texnologiya İnstitutu və Avropanın aparıcı İKT şirkəti olan "SAIL LABS TECH"-i də ziyarət edib. Müzakirələr zamanı "ağıllı şəhər", rəqəmsal təhlükəsizlik, insanların və məhsulların mobilliyi, enerji səmərəliliyi üzrə innovativ həllərin tətbiqinə dair əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Danışıqlar zamanı azərbaycanlı gənc startapçı və tədqiqatçıların Avstriyada təcrübə keçmələri, Avstriya mütəxəssislərinin iştirakı ilə Bakıda təlimlərin təşkili, birgə tədqiqat layihələrinin həyata keçirilməsi kimi məsələlər müzakirə mövzusu olub.
Baxış sayı: 725
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı