“AzInTelecom” MMC “Azercell Telekom” MMC-nin idarə edilməsini təmin edən səhmlərin nəzarət zərfini əldə edib
Payları tam olaraq dövlətə məxsus olan "Azerbaijan International Telecom" (AzInTelecom) Məhdud Məsuliyyətli Cəmiyyəti və Niderland qanunvericiliyinə əsasən yaradılmış "Fintur Holdings B.V." şirkəti arasında 5 mart 2018-ci il tarixində Türkiyə Cümhuriyyətində təsis edilmiş "Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş." ("Azertel") şirkətinin 51,3% səhmlərinin alınması barədə müqavilə imzalanmışdır. "Azertel" Azərbaycan Respublikasında mobil xidmətlər operatoru olan "Azercell Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətin yeganə təsisçisidir.
"Fintur Holdings B.V." şirkətinin səhmdarları İsveç qanunvericiliyinə əsasən qeydiyyata alınmış "Telia Company AB" açıq səhmdar cəmiyyəti və Türkiyə qanunvericiliyinə əsasən qeydiyyata alınmış "Turkcell İletişim Hizmetleri A.Ş" səhmdar cəmiyyətidir. "Fintur Holdings B.V." şirkətinin əsas səhmdarı olan "Telia Company AB" özünün Avrasiya bölgəsində olan biznesindən çıxmaq prosesindədir. O cümlədən həmin proses "Telia Company AB" şirkətinin Azərbaycan bazarından çıxmağını şərtləndirir. Azərbaycan telekommunikasiya bazarında "Azercell" tərəfindən keyfiyyətli rabitə xidmətlərinin göstərilməsinin davam etdirilməsi, bazarın, sabit və rəqabət mühitində inkişafının təmin edilməsi məqsədilə "AzInTelecom" MMC Telia Company AB" və "Turkcell İletişim Hizmetleri A.Ş" şirkətləri ilə müzakirələr aparılmış və "Fintur Holdings B.V." şirkətinin "Azertel" şirkətində paylarının "AzInTelecom" MMC tərəfindən satınalınması barədə razılıq əldə edilmişdir. Beləliklə, sözügedən müqavilənin imzalanması ilə "AzInTelecom" MMC "Azercell Telekom" MMC-nin idarə edilməsini təmin edən səhmlərin nəzarət zərfini əldə etmişdir.
"AzInTelecom" MMC tərəfindən alınmış səhmlər üçün ödənilmiş qiymət "Azercell Telecom" MMC-nin qiymətləndirilməsi üçün cəlb edilmiş "Ernst & Young" şirkətinin müəyyən etdiyi qiymət çərçivəsinə uyğundur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada "AzİnTelecom"un "Azercell"də payların özəlləşdirilməsi barədə qərar qəbul edilənədək, "AzİnTelecom" "Azercell"in iştirakçısı qalacaq və "Azercell Telecom" MMC-də korporativ idarəetmə və işgüzar fəaliyyət dəyərlərini qorumaq, yeni nəsil texnologiyaların tətbiq edilməsi ilə xidmət keyfiyyətini daha da artırmaq niyyətindədir. Bu da, şübhəsiz, "Azercell Telecom" MMC-nin müştərilərinin və işgüzar tərəfdaşlarının şirkətə inamının artırılmasına xidmət edəcək.
Baxış sayı: 654
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır