12px13px15px17px
Tarix:12/03/18

“Google” istifadəçilərə çox yüksək internet sürəti söz verir

ABŞ-ın “Google” korporasiyası AMP texnologiyasının köməyi ilə internet səhifələrinin yüklənmə sürətini xeyli artırmağı planlaşdırır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, 2016-cı ildə təqdim edilmiş AMP texnologiyası, hələ ki, yalnız “Twitter”, “Google”, “Baidu” və “Bing” üçün əlçatandır. Yeniləmə prosesi uğurlu olduğu və saytların əksəriyyəti dəyişikliyi qəbul etdiyi halda onlar axtarış sistemində ani olaraq AMP səhifələri kimi emal ediləcək.
 
“Google” gələcəkdə bu texnologiyanı "Ümumdünya Hörümçək Toru"nun standartına çevirmək istəyir.
 
“Accelerated Mobile Pages” (AMP) – mobil qurğularda saytların yüklənməsini sürətləndirən bir texnologiyadır.

Emil Hüseynov





Baxış sayı: 643

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024